Sağlamlıq üzrə mütəxəssis, psixoloq Kelli Makqoniqalın işi insanlara stressin öhdəsindən gəlmək və həyatlarında pozitiv dəyişikliklər etməyə kömək göstərməkdir. Ö, tələbələrinin seçimə nəzarət uğrunda apardığı mübarizəni illərlə müşahidə edəndən sonra anladı ki, insanların iradə gücü barədə inandıqlarının əksəriyyəti onların uğurlarını əslində sabotaj edir. Məsələn, iradə gücünü ləyaqət kimi görməyimiz bizi ən ciddi hədəflərimizdən yayındıra bilər.
Makqoniqal bunun əvəzində tələbələrinə özünənəzarətə təsir edən bioloji funksiyaları, əqli tələləri və sosial amilləri anlamağı təklif edir. O, psixologiya, neyrologiya və iqtisadiyyat kimi sahələrin ən son yeniliklərindən istifadə edərək Stenford Universiteti Davamlı Araşdırma Proqramı üçün "İradə gücü elmi" adlı kurs yaratdı. Tələbələr onu həyatı dəyişdirən kurs kimi təsvir edirlər. Bu kurs "İradə gücünün instinkti" kitabının əsasıdır. Bu kitab "əsl iradə gücü nədir, o necə işləyir və niyə vacibdir" suallarına cavab vermək üçün anlaşıqlı struktur qurur.
Öz diqqətimizə nəzarət etmək bacarığımız, emosiyalarımız, iştahamız və davranışımız təkcə bizim sağlamlığımıza, maliyyə təminatımıza, əlaqələrimizə və peşəkar uğurumuza təsir etmir. Onları həm də təlimləndirmək mümkündür. "İradə gücünün instinkti" məqsədlərimizi müəyyən etmək, özünənəzarəti gücləndirmək və bir ömür dəyişiklik etmək üçün bizə addım-addım irəliləməyə imkan verən proqram təqdim edir. Bu dəyişikliyin nə olmasının fərqi yoxdur: bunlar arıqlamaq, maliyyə vəziyyətinin yaxşılaşdırılması, stressin azaldılması, təxirəsalınmaların qarşısının alınması, yaxşı valideyn olmaq, yaxud da diqqətin toplanması kimi məsələlər ola bilər.
ISBN:
9789952310283
Жанр:
Psixologiya, özünüinkişaf
Издательство:
Teas Press
Переплёт:
Мягкий
Автор:
Kelli Makqoniqal
Количество страниц:
324
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 4
Mənə özümü inkişaf etdirmək üçün ilham verdi. Hər kəsin mütləq oxuyub faydalana biləcəyi çox faydalı bir əsərdir.
İradəni gücləndirmək üçün təsirli vasitələr yer alıb. Oxumağa dəyər.
Müəllifin təcrübəsi və məsləhətləri çox təsirli idi. Özümü daha yaxşı anlamaq üçün əla bir vasitə oldu.
Bu kitab mənə özümü daha yaxşı ifadə etməyə kömək etdi. İndi fikirlərimi və hisslərimi daha asan paylaşa bilirəm.
Похожие товары
Покупают вместе