Diqqətinizi daha çox səriştə tələb edən işlərə yönəltmək üçün işlərinizin bəzisini başqalarına tapşırmalı olduğunuzu bilirsiniz. Lakin bu, deyildiyi qədər də asan məsələ deyil. "İş tapşırmaq" kitabı:
produktiv mühit yaratmağın;
işi ən uyğun insana həvalə etməyin;
səmərəli iş tapşırıqları vermək üçün iclaslar keçirməyin;
təfərrüatlara müdaxilə etmədən monitorinq aparmağın əsasları haqda söz açacaq.
20 dəqiqəlik menecer seriyası
Vaxtınız çox deyil? Başlıca biznes biliklərini ən qısa müddət ərzində əldə edin. Intensiv kurs və ya qısamüddətli təkmilləşdirmə proqramı axtarmağınızdan asılı olmayaraq iddialı peşəkarlar və müdirlər üçün fundamental qiraət materialı olan HBR-in "20 dəqiqəlik menecer" seriyasında məhz istədiyinizi tapacaqsınız. Kitabların hər biri yığcam, praktik vasitə olduğundan yaddaşınızı idarəçilik haqqında müxtəlif fundamental mövzularla təzələməyə vaxt qazanacaqsınız.
Biznesdə ən etibarlı mənbədən əlüstü oxuya və dərhal tətbiq edə biləcəyiniz tövsiyələr. E-kitab versiyalarını da əldə etmək mümkündür.
ISBN:
9789952510683
Жанр:
Biznes
Издательство:
Teas Press
Переплёт:
Мягкий
Автор:
Harvard Business Review
Количество страниц:
112
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 3
Bu kitab mənə biznesdə uğur qazanmaq üçün vacib olan detallar və təcrübələr təqdim etdi. Həm idarəetmə, həm də liderlik üzrə çox faydalı məlumatlar verir.
Məncə bu seriyanın kitablarını hər kəs oxumalıdır. Faydalıdır..
Bu oxuduğum kitab məni iş dünyasında daha müvəffəq olmaq üçün daha müasir yollar axtarmağa kömək etdi. Onlar mənim peşəkar inkişafımı dəstəklədi və mənim karyerəmə dəyişikliklər gətirdi.
Похожие товары
Покупают вместе