1920-1980-ci illərdə İstanbulda yaşayan Ventura ailəsinin həyatından bəhs edir. Nəslin hər bir üzvünün taleyinin simasında İstanbul həyatı, o dövrün ab-havası, milli azlıqların üzləşdiyi ayrı-seçkiliklər, yaşadıqları, yaşamaq məcburiyyətində qaldıqları qorxular müəllifin xüsusi dil üslubu, zəngin ədəbi dili ilə təsvir edilir.
Kitab yazıçının ailənin yaxın dostu olan qəhrəmanı tərəfindən ayrı-ayrı hekayələr şəklində yazılır. Bu hekayələrdə bir nəfərin taleyindən bəhs edərkən bəzən onun həyatından keçmiş ikinci, hətta üçüncü şəxsin taleyinə keçir. Xəyal qırıqlıqları, ümidsizliklər, tənhalıq içində ölümü gözləyən insanlar bu hekayələrin əsas ortaq cəhətləridir.
Böyük yanğını yaşamış, itkilərdən, ölümlərdən keçmiş ailənin üzvləri sürükləndikləri tənhalıq yollarında zaman-zaman “yəhudi talelərinə”, zaman-zaman bir-birlərinə, zaman-zaman da özlərinə, həyatda oynadıqları rola sığınırlar. Ailə sərhədlərini keçə bilməyənlərin sığınmaları, öz yolunu cızmaq üçün İstanbul divarlarını aşanların yaşadığı tənhalıqlar, Nədiminsə “həbs düşərgələri”ndən gələn xəbərləri həyatın ağırlığını insana dərindən hiss etdirir.
ISBN:
9789952363296
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Mario Levi
Количество страниц:
656
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе