Rakam diyarı ilə tanışlıq və yaşadıqları macəra sonrası dostlar öz dünyalarına dönmüş və rutin həyatlarına qaldıqları yerdən davam edirdilər. Qısa zaman sonra diyarın bilgəsi Yusif Hamza ilə əlaqə yaradaraq Rakam diyarı üçün gələcəkdə yaranacaq problemlərin köklü həlli üçün bir plan hazırladıqlarını, bunun üçün ona gərəkli olan həlledici şeyin Kaf diyarında olduğunu, eyni zamanda bu plan üçün bir məsələdə Hamzanın köməyinə ehtiyac duyduğunu bildirir. Hamza dostu Yaqubla Rakam savaşçılarına dəstək üçün təhlükə və macəralarla dolu Kaf diyarına getməyin vacibliyi məsələsində ortaq fikrə gəlirlər. Nəticədə, 2 dost üçün nəfəskəsən və bilinməzliklərlə dolu səyahət başlayır.
Qeyd: “Kaf” kitabı “1450” adlı Rakam diyarından bəhs edən kitabın davamıdır.