Bu kitab romantiklərə – "Don Kixot uşaqları"na həsr olunub. Bunlar cəmiyyətdə artıq hesab olunan, öz ölkəsində mühacirət yaşayan insanlardır. 20-ci əsrin ideyalarını və xüsusilə neorealist janr estetikasını inkişaf etdirərək, estetik dil və poeziyaya, hər şeydən ümdə hesab etdiyim XÜSUSİ reallıq hissinə güclü nostalji duyuram. Yaradıcılıq prosesində çox maraqlı bir qənaətə gəldim: tragikomediya (yaxud lirik komediya) çərçivəsində hərəkət edərək, sonda neorealizmdən neoromantizmə gəlib çıxıram.
Mənim qəhrəmanlarım 20-ci əsrin ortası və sonlarının tənha qalmış "artıq adam"ının ümumiləşmiş obrazıdır. Bugünkü reallıqdan “çıxıb” öz fantaziyalarına və xatirələrinə köç edən romantik personajdır. Ziyalı-ekssentrikdir.
ISBN:
9789952381832
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Kamran Şahmərdan
Количество страниц:
200
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 3
Əsər insanı düşünməyə vadar edən dərin mənalı bir kitab idi. Sonu çox təəccübləndirdi.
Bu kitabı oxuyanda vaxtın necə keçdiyini anlamadım. Hər kəsə tövsiyə edirəm. Müəllifin yazı dili çox təsirlidir. Hekayə çox sürükləyici idi.
Əsəri oxuyarkən hiss etdiyim duyğular və təəssüratlar unudulmazdır. Müəllif çox bacarıqlıdır.
Похожие товары