Thomas Piketty özünün “Kapital XXI əsrdə” əsərində son onilliklər ərzində bütün diqqətləri üzərinə çəkmiş bir problemə - qeyri-bərabərlik probleminə yeni bir baxışdan baxmağı təklif etmişdir. Fransız iqtisadiyyatçısı əldə olunan böyük sayda məlumatı dərindən təhlil edərək belə bir qanunauyğunluq aşkar etmişdir: bərabər şəkildə gedən iqtisadi artım kapitalın və onun xüsusi insanların əlində toplanmasının rolunu azaltmaqla bilavasitə bərabərsizliyin azalmasına da gətirib çıxarır. Necə ki, artımın ləngiməsi kapitalın əhəmiyyətinin böyüməsinə və qeyri-bərabərliyin artmasına səbəb olur. Tarixi retroperspektivdə kapital təsirinin artımı yalnız XX əsrdə – iki dünya müharibəsi və Şanlı Otuz ilin (1945-1975) Keynesian siyasəti nəticəsində azaldılmışdır.
Bu gün isə dünya yenidən bərabərsizliyin durmadan artdığı həmin o dövrlərə qayıtmaq üzrədir ki, bu da həm sosial, həm də siyasi baxımdan çox ağır nəticələrə gətirib çıxara bilər. Piketty özünün çox vaxt müqayisə edildiyi Karl Marksdan fərqli olaraq, təkcə vəziyyətin kədərli təsvirini yaratmaqla, kapitalist sisteminə dair sonu fəlakətlə bitəcək dəhşətli bir ssenari qurmaqla kifayətlənmir, əksinə, məsələyə daha optimist yanaşmağa çalışır, vəziyyətdən çıxış yolunu axtarır, əlverişsiz tendensiyaların qarşısını ala biləcək bir sıra təkliflər irəli sürür.
Thomas Piketty bu kitabında gəlir və kapital paylaşımının XVIII əsrdən etibarən keçirdiyi bütün dəyişiklikləri əldə etdiyi dəqiq məlumatlarla işıqlanıdırmış, 20-dən çox ölkənin məlumat bazasından faydalanaraq bir növ kapitalın yol xəritəsini çizmişdir.
ISBN:
9789952366976
Жанр:
Elm
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Thomas Piketty
Количество страниц:
688
язык:
Азербайджанский
Метка:
Ekspress
Наличие товара:
есть в наличии
Отзывы о товаре 4
Real həyatdan nümunələrlə zəngindir. Müəllif biznes strategiyalarını çox sadə və praktik izah edir.
Əla xidmət! Məhsullar tam təsvirə uyğundur və çatdırılma da vaxtında oldu.
İmtahan öncəsi oxumuşam bu kitabı.👍👍 Müəllif bütün mövzuları ətraflı izah edir. Oxuduqlarımı qavramaqda asan oldu. Sizə də tövsiyə edirəm!
Eyni mənə lazım olan kitab bu idi. Çox işimə yaradı sağ olun.
Похожие товары
Покупают вместе