İsveçrəli psixiatr Karl Qustav Yunq psixologiyanın dərin qatlarını aydınlaşdırmağa yönəlmiş analitik psixologiya təliminin yaradıcısıdır. Gəncliyində çox böyük ehtirasla fəlsəfi təlimləri öyrənməsi ilə seçilmişdir. 1900-cu ildən başlayaraq Sürix Universitetinin nəzdindəki ruhi xəstələr üçün qurulmuş klinikada işləmişdir. Klinikada işlədiyi dövrdə Yunq Ziqmund Froydun əsərləri ilə, daha sonra isə onun özü ilə tanış olmuşdur. 1907-ci ildən başlayaraq yolları ayrılanədək, beş il ərzində Yunqla Froyd çox sıx əməkdaşlıq etmişlər. “Kəşf olunmamış mənlik” əsərini Yunq 82 yaşında yazmış və bu onun yaradıcılığında sonuncu nümunələrdən biri olmuşdur. Bu əsərdə Yunq fərdin psixikasına dövlət və din siyasətinin təsirindən bəhs edir. Fərdin bu təsirlər altında cəmiyyətdəki vəziyyətini göstərir. Psixologiya elminin kütləviləşdirilməsi məqsədilə çap etdirdiyimiz bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN:
9789952859836
Жанр:
Psixologiya
Издательство:
Kosmo
Переплёт:
Мягкий
Автор:
Karl Qustav Yunq
Количество страниц:
112
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары