Kişilərlə qadınların cinsi ehtiyaclarının və onları ifadə etmə üsullarının çox fərqlənməsi heç kəsə sirr deyil. Maraqlı paradoksdur: seks kişiyə sevgi ehtiyacını hiss etməyə imkan verir, qadın isə kişinin sevgisini ifadə etməsi sayəsində seksə ehtiyac duyduğunu anlayır! Bəs bu fərq nədən qaynaqlanır?
50 dilə tərcümə olunmuş və 50 milyon nüsxə satılmış “Kişilər Marsdan, qadınlar Veneradandır” kitabının müəllifi Con Qrey milyonlarla kişiyə və qadına daimi sevgi və xoşbəxtliyə çataraq həyatlarını kökündən dəyişməyə kömək edib. Bu kitabda isə o, çoxillik bilik və təcrübəsini şəxsi münasibətlərdə ən həssas və vacib məsələlərdən birinə – cinsi həyata yönəldir.
Tarixi inkişafa və sosial şəraitə əsaslanan gender fərqlərimizi dərk etdikcə “kişiyə bircə şey lazımdır” deyə şikayət edən qadınlara aydın olur ki, əksər kişilər üçün cinsi oyanma sevgini duy¬mağa və ötürməyə kömək edən açar rolunu oynayır. Əgər kişilərlə qadınların fərqli, amma bir-birini mükəmməl şəkildə tamamlayan emosional və fiziki ehtiyacları olduğunu anlasaq, həqiqi və uzunmüddətli bağlılığa və möhtəşəm cinsi həyata nail ola bilərik.
“Mars və Venera yataq otağında” kitabında Con Qrey ehtirasın alovunu qoruyub saxlamağın və bunun sayəsində daha güclü mənəvi yaxınlıq əldə etməyin – bir sözlə, həm yataq otağında, həm də onun hüdudlarından kənarda xoşbəxt olmağın sirlərini bölüşür.