Əgər bu əsəri Əhməd bəy Ağaoğlu deyil, Avropanın tanınmış bir mütəfəkkiri yazmış olsaydı, böyük ehtimalla bu gün çoxdan müxtəlif dillərə tərcümə edilmiş, mədəniyyət sosiologiyasının klassikləri sırasında yer almış və dünyanın bir çox ölkəsində oxunan əsərlərdən biri olardı. Lakin "Mədəniyyətdə Vəhdət" bu günə qədər müəllifinin fikir irsində və Azərbaycan elmi-mədəni mühitində layiq olduğu yeri tuta bilməmişdir. Halbuki əsərdə Şərq və Qərb mədəniyyətlərinin müqayisəsi, müxtəlif sivilizasiyaların formalaşması, elm və fəlsəfənin inkişafı, dövlət və hüquq anlayışlarının təşəkkülü insan və cəmiyyət münasibətləri kimi məsələlər geniş bir tarixi-mədəni çərçivədə araşdırılır. Ağaoğlu mədəniyyəti yalnız keçmişin mirası kimi deyil, insanlığın inkişafını müəyyənləşdirən canlı və qarşılıqlı təsir prosesləri kimi nəzərdən keçirir."Mədəniyyətdə Vəhdət"in ilk dəfə bütöv kitab halında nəşr olunması məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ayrı-ayrı məqalələr şəklində qalan mətnlərin bir araya gətirilməsi Ağaoğlunun mədəniyyət, sivilizasiya və insan cəmiyyəti haqqında düşüncələrini bütöv bir fikir sistemi daxilində görməyə imkan verir. Bu nəşr həm Ağaoğlu irsinin yenidən kəşfi, həm də Azərbaycan düşüncə tarixində mühüm bir əsərin uzun illərdən sonra öz oxucusuna qovuşmasıdır. Bu kitabı oxumaq yalnız Ağaoğlunun bir əsərini tanımaq deyil. Bu, Azərbaycan fikir tarixində diqqətdən kənarda qalmış mühüm bir mədəniyyət düşüncəsi ilə yenidən görüşməkdir.Dr. Odər Əlizadə
ISBN:
9789952864724
Жанр:
Müasir ədəbiyyat
Издательство:
Salman Mümtaz Yayımları
Переплёт:
Yumşaq
Автор:
Əhməd Bəy Ağaoğlu
Количество страниц:
112
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары