Azərbaycanlı dövlət xadimi, akademik Moskvada – Elmlər Akademiyasının Xəstəxanasında müalicə alır. Həmişə gərgin işlə məşğul olduğu üçün burada da bikar qala bilmir. Lakin xəstəxanada elmi fəaliyyət üçün şərait yoxdur. Bəs nə etsin? Bir müddət düşünəndən sonra özünə iş tapır. Xatirələrini yazmağa başlayır. Tale möhləti ilə ölümündən az əvvəl yazdıqlarını bitirir. Beləliklə, tariximizin 1930–70-ci illərini əhatə edən bu dəyərli memuar meydana çıxır. Lakin kitab şəklində müəllifinin ölümündən qırx il sonra işıq üzü görür.
Bildiyiniz kimi, bizdə memuar janrı o qədər də geniş yayılmayıb. Əlinizdəki kitab bu boşluğu layiqincə dolduran nümunələrindəndir. Müəllifin zəngin həyat yolu, elm sahəsindəki uğurları, hətta bir neçə dəfə Azərbaycan SSR-nin rəhbərliyində təmsil olunması kitab üçün zəngin materiallar vermişdir.
“Mən, Həyat və Gələcək” memuar janrını sevən geniş oxucu kütləsi üçün əvəzolunmaz kitabdır.
ISBN:
9789952388817
Жанр:
Memuar
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
İlyas Abdullayev
Количество страниц:
272
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 9
Öz həyatını planlamaq, keçmişdən dərs çıxarmaq və gələcəyi inşa etmək mövzusunda yazılmış əvəzsiz bir kitabdır. Hər bir insan öz həyatının müəllifidir və bu kitab, həmin müəllifliyə necə yanaşmalı olduğunuzu göstərir. Bu cür qiymətli kitab təqdim etdiyi üçün İlyas Abdullayevə şəxsən təşəkkürümü bildirirəm!
Məndə oxuyuram, məsləhətlidir!👍👍👍👍
Kitabdan xeyli lazımı məlumatlar əldə etdim. Əla!
Memuar janrda olan kitablar oxumaq həmişə maraqlı gəlir mənə. Bu dəfə də aldığım kitab maraqlı oldu.
Oxumağıma dəydi!
Bayram tətilini sizdən aldığım kitabları oxumaqla keçirirəm. Mədəni istirahət başqa şeydir!📚
Bu gün sifariş verdim. Bayram tətilini mütaliyə etməklə keçirib evimdə dincəlmək istəyirəm.
Çatdırmağınız həqiqətən də sürətli imiş. Kitabım gözlədiyimdən daha tez gəldi. Sizin online mağazanızdsn ilk sifarişim idi.
Gözləyirdim ki, bitab çap olunsun alıb oxuyum. Nəhayət əldə edə bildim.
Похожие товары
Покупают вместе