Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Oxucu ona istehza edənləri xoşlamır.
Sonralar oxucular romanı demək olar ki, sözbəsöz sitatlara böldülər, internet saytlarının birində Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olardı.
Romanın qəhrəmanı Antuan dövrünün çətinlik və xəstəliklərindən özünü qorumaq üçün “idiotlaşmaq” yolunu seçir. Antuanın on bir yaşı olanda günlərin bir günü özünü yetmiş yeddi yaşlı qoca kişi kimi hiss edir. İyirmi beş yaşa çatanda isə “idiot” olmaqdan başqa çarəsi qalmadığını anlayır. Hər şey də bundan sonra başlayır.
ISBN:
2001308114633
Жанр:
Klassika
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Martin Paj
Количество страниц:
160
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 1
Əsərin adı məni dərhal cəlb etdi və oxumağa başladıqda anladım ki, burada sadəcə məzəli bir ad yoxdur. İroniya dolu, amma eyni zamanda cəmiyyətin təzyiqləri barədə çox şey deyən bir kitabdır. Gözlədiyimdən daha çox bəyəndim.
Похожие товары
Покупают вместе