Əksər valideynlər effektiv mütaliənin metodikasını bilmədiyinə görə özəl məktəblərə, repetitorlara, hazırlıq kurslarına və tədris vəsaitlərinə əbəs yerə xeyli pul xərcləyirlər. Alimlər uşaqların inkişafına dair aparılan səkkiz tədqiqatın yekunlarını təhlil etmiş və belə bir maraqlı nəticə əldə etmişlər: interaktiv oxu uşağın IQ-nü altı bal artıra bilər. Və uşaq bu səsli mütaliə metodu ilə nə qədər tez tanış olarsa, bir o qədər çox faydalanar. Jurnalist işləyən bir qız atası Ceyson Buq erkən yaşdan başlayaraq uşaqlara kitab sevgisini aşılamağın metodlarını araşdırmışdır. O, neyrobioloqlara, uşaq psixoloqlarına, kitabxanaçılara, naşirlərə, yazarlara, həmçinin rəqəmsal cihazlar üçün proqram hazırlayan mütəxəssislərə müraciət etmiş, onların təklif və məsləhətlərini öz övladına tətbiq etmiş və müsbət nəticə almışdır. Nəhayət, topladığı material və təcrübələr əsasında bu dəyərli kitabı ərsəyə gətirmişdir.
ISBN:
9789952831009
Жанр:
Psixologiya
Издательство:
libra
Переплёт:
Yumşaq
Автор:
Ceyson Buq
Количество страниц:
225
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 1
Kitabın hər səhifəsi mənə özümü inkişaf etdirmək üçün yeni bir üsul öyrətdi. Çox maraqlı kitabdır, bütün valideynlərə tövsiyə edirəm.
Похожие товары
Покупают вместе