Momonun hekayəsi, yeri bəlli olmayan xəyallar ölkəsində və bilinməyən indiki zamanda baş tutmaqdadır. Lakin hekayədə şahzadələrdən, tilsimlərdən, pərilərdən deyil, tamamilə müasir həyatımızın hadisələrindən bəhs edilir. Momonun köməyi ilə insan münasibətlərinin necə cılızlaşdığının, insanların sevgi, dostluq və qardaşlıq dəyərlərinin necə zəiflədiyinin şahidi olacaqsınız. Yazıçı sürü psixologiyası halında yaşayan, həyatına, zamanına, gələcəyinə kobud şəkildə müdaxilə olunan insanın faciəsini nağıl edir. Bu bir nağıldırmı? Əgər bu romantiklərin yanaşması ilə qəbul olunarsa, bəli. Çünki əsərdə reallıq ilə təxəyyül poetik formada təqdim olunmaqdadır. Əsər, həmçinin insanın hazırda yaşadığı və gələcəkdə yaşaya biləcəyi çətinlikləri də diqqət mərkəzinə çəkir. Belə olan halda biz bu əsəri roman kimi qəbul edə bilərikmi? Yaxşısı budur, biz onu nağıl-roman adlandıraq.
Преимущества:
Bu kitab təkcə uşaqlar üçün deyil, hətta deyərdim ki, böyüklər xüsusilə oxumalıdır. Yazarın yazmabtexnikası möhtəşəmdir. 10 üzərindən 10 bal verirəm bu əsərə. Təkrar oxumağı düşünürəm. Onu da qeyd edim ki uşaq təfəkkürünə və tərbiyyəsinə zidd heç bir cümlə yoxdur, əksinə düşüncü və tərbiyəvi mənmun daşıyır. Təşəkkürlər Qanun nəşriyyatı və əməyi keçənlər....💗
Недостатки:
Bəzən 1-2 hərf səhvləri var. Korrekt olunsa sevinərdim.
Текст отзыва:
Yeni nəşrlərdə redaktorlar hərf səhvlərini aradan qaldırarlarsa qüsursuz nəticə olar.
Oğlum bu kitabı bir neçə dəfə oxumağı xahiş etdi. Gözəl tərtibata malikdir. Yəni il hədiyyəsi olaraq da ala bilərsiniz, məsləhətlidir.
Bu kitab uşaqlar üçün çox məzmunlu və maraqlıdır. Oğlum hər dəfə oxuyanda həyəcanlanır.