“...Atam məni ucuz romanlardakı kimi Murada “sat- maq” istəyirdi”. Baninin "Nami" romanı bu cümlə ilə başlayır. Elə bu cümlə
ilə də Namini tamamilə fərqli bir həyatın içinə atırlar.
Roman həm də avtobioqrafikdir: neft milyonçuları ilə qohumluq, məcburi evlilik, inqilab, qürbət, tənhalıq...
Və XX əsrin əvvəllərinin Bakısı... Küçələrdə çadraya bürünənlərlə Paris qiyafəli insanlar göründüyü kimi, ruhlarda da bu ziddiyyətlər vardır. Hətta ağını çıxaracaq həddə şişirdilmiş formada...
ISBN:
9789952382495
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Твердый
Автор:
Banin
Количество страниц:
176
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 19
Əliyeva Sədaqət
Möhtəşəm bir əsərdir, oxumaqdan böyük zövq aldım.
Tünzalə Həsənli
Kitab vaxtında və zərər görmədən çatdırıldı. Bu mağazanı tövsiyə edirəm. Təşəkkürlər, Əli və Nino komandası.
Zəhra Mahmudova
Son zamanlarda oxuduğum ən maraqlı kitablardan biri oldu, yaxşı ki oxumuşam.
Fidan
Hekayə dərin və maraqlıdır, obrazlar gözəl işlənmişdir. Oxuduqca düşünməyə vadar edir.
Xədicə Axundova
Əsər məni dərin düşüncələrə qərq etdi. Hadisələr və süjet xətti çox maraqlı idi.
Aysun
Möhtəşəmdir 😍😍😍
Ayla Həsənəliyeva
Oxuduğum ən təsirli əsərlərdən biri idi. Hadisələrin gözlənilməz inkişafı məni bir an belə darıxdırmadı. Yazıçının təsvirləri çox canlıdır.
Təranə
Sadəcə onu deyimki, möhtəşəm bir əsərdir ❤️❤️😍😍
Ləman Kamilova
Mən bu əsəri ikinci dəfədir ki, oxuyuram. Çox maraqlı və təsirli əsərdir.
Vüsalə
Hekayə çox maraqlı idi və hər səhifəsi məni daha çox oxumağa həvəsləndirdi.
Abbasova İradə
Romanın süjeti çox maraqlı və cəlbedici idi. Müəllifin yazı tərzi mənə sevginin müxtəlif tərəflərini anlamağa kömək etdi.
Milana
Roman çox maraqlı və duyğusal idi. Müəllifin təsviri ilə özümü hekayənin içində hiss etdim.
Tünzalə
Klassik ədəbiyyatın əsərləri mənim üçün birləşdirici bir vasitədir. Onlar insanları, mədəniyyətləri və ictimai idealları birləşdirir və məni insanlıq tarixinin təəssüratları ilə bağlayır.
Elvira
Naminin yaşadıqları məni çox duyğulandırdı. Mükəmməl əsərdir. 👍👍👍
Vətənli Gülgün
Klassik ədəbiyyatın ən möhtəşəm nümunələrindən biridir. Mətnin əsas qəhrəmanı olan Nami, cəsur və zərif bir şəxsiyyət kimi təsvir olunmuşdur. Qarşısına çıxan müxtəlif çətinliklərlə mübarizə etməklə birlikdə, insanın iç dünyasında yaşadığı müzakirələr də əsas mövzulardan biri kimi işlənmişdir. Yazar, əsl həyatın mənasını axtarış, özünü tapmaq və mövqeyini müdafiə etmək məsələlərini bədii və fəlsəfi baxımdan izah etməkdə usta iş görmüşdür. Banin Nami əsəri oxuculara insanın həyatda möhkəmlənməsi, özünə inam qazanması və məqsədlərinə nail olması üçün əsaslı dərslər verməkdə mövzuların ətraflıca təhlilinə imkan verir.
Rəsmiyyə
Baninin əsərlərini çox bəyənirəm. Qeyri-adi, mükəmməl bir qələmi var.
Kamilə
Əsəri bu qədər bəyənəcəyimi özümdə gözləmirdim. Sevərək, yorulmadan oxudum.
Gültəkin Kərimli
Mən alıb oxumuşam bu romanı. Həqiqətəndə maraqlıdır. Oxumaq istəyənlər varsa gecikmədən alın deyirəm.
Yaqut
Baninin digər əsərləri kimi Nami əsəridə təbii və çox gözəldir.Məni çox heyrətləndirdi.O qədər axıcı,sadə və bir o qədər də təsirli formada yazılıb ki,kitabı əlimdən qoymaq istəmirdim.