Uşaqlarla münasibətlərdə problemlər hər kəsdə olur. “Niyə sən sözə qulaq asmırsan, niyə sən özünü belə aparırsan?” – bu kimi məzəmmətlər hər uşağa tanışdır. Və hər bir valideyn qızından və ya oğlundan cavab ala bilməyəndə bəzən öz acizliyini hiss edir. Lakin iş orasındadır ki, böyüklər uşağa öz fikirlərini və hisslərini necə çatdırmağı və onu necə başa düşməli olduqlarını hər vaxt bilmirlər.
Bu kitab – uşaqlarla (məktəbəqədər yaşdan yeniyetməlik dövrünədək) necə düzgün ünsiyyət qurmaq barədə məntiqli, anlaşılan, qəşəng və yumor hissi ilə yazılan bir dərslikdir. Heç bir usandırıcı nəzəriyyə olmadan! Bütün ehtimallara qarşı yalnız yoxlanılmış praktik məsləhətlər və çoxlu canlı nümunələr!
Müəlliflər — valideyn-uşaq münasibəti sahəsində dünyada məşhur olan mütəxəssislər — həm öz şəxsi (hərəsinin 3 uşağı var), eləcə də onların seminarlarına gələn çoxsaylı valideynlərin təcrübələrini oxucularla bölüşürlər.
Kitab uşaqlarla tam anlaşılmaya gəlmək istəyən və “nəsillər konfliktləri”nə həmişəlik son qoyan hər bir kəs üçün maraqlı olacaq.
ISBN:
2000051857965
Жанр:
Psixologiya, özünüinkişaf
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Adel Faber, Eleyn Mazliş
Количество страниц:
256
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 7
Bütün valideynlərə tövsiyə edirəm 👍👍👍📖📖📖.
Bu kitabı üç il əvvəl oxumuşam, onda da çox bəyənmişdim. İndi isə artıq uşaqlar böyüyüb və böyüdükcə onlarla, bəzən ünsiyyət qurmaq həqiqətən çətinləşir. Ona görə də, təkrar oxuyuram, təkrar oxusam da yenidən kəşf etmiş kimiyəm. Artıq məndə oxuduqlarımı bir başqa cür dərk edirəm. Real nümunələrin verilməsini xüsusilə bəyənirəm. Məncə bu kitabı, hər bir valideyn oxumalıdır, özüdə mənim kimi təkrar. 👍👍👍👍👍
Uşaqlarımı anlamaq üçün bu kitab mənə çox kömək etdi. Mütləq oxumağa dəyər.
Kitab mənim üçün çox faydalı oldu. Uşaqların tərbiyəsi və inkişafı ilə bağlı bir çox praktiki məsləhətlər var idi. Məndə kitabı hər kəsə tövsiyə edirəm.
Kitabın sadə dili və aydın izahları məni ən çox təəccübləndirən şey idi. Uşaqların inkişafı haqqında daha dəqiq bir anlayışa malik olduqdan sonra, onları dəstəkləmək daha asandır.
Çox maraqli kitabdi və sevərək oxuyuram👍
Bu günə qədər oxuduğum kitabların ən yaxşısı deyə bilərəm(uşaqlarla bağlı). Bu kitab bu qiymətə xəzinəsi. Sadəcə alın, alın, alın ! Fikirləşmədən alın, valideyn olmasanız belə👍👍👍👌
Похожие товары
Покупают вместе