Kitabda Nəriman Nərimanovun 1920-ci ilin payızında Azərbaycanın müxtəlif bölgələrinə – Ucar, Göyçay, Gəncə və digər yerlərə səfərləri, xalqla görüşləri və mitinqlərdə söylədiyi çıxışlar yer alıb. Əsər hökumətin siyasətini kəndli və fəhlə təbəqəsinə çatdırmaq, sinfi şüuru oyatmaq və əhalini inqilabi ruhda birləşdirmək məqsədi daşıyır. Nərimanov çıxışlarında işçi və kəndlilərin həmrəyliyini vurğulayır, onları mülkədarlıq və istismar qalıqlarına qarşı birgə mübarizəyə, torpaq və azadlıq uğrunda birləşməyə çağırır.
Göyçay və Gəncə mitinqlərində isə o, din azadlığı, maarifin vacibliyi və qadın-kişi bərabərliyi mövzularına toxunur. Kitab həm siyasi təbliğat xarakteri daşıyır, həm də Azərbaycanın o dövrdəki sosial-ictimai mənzərəsini, xalqın cəhalət və yoxsulluq içində yaşamasını əks etdirir.
ISBN:
9789952859898
Жанр:
Publisistika
Издательство:
Kosmo
Переплёт:
Мягкий
Количество страниц:
112
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары