Dünya ədəbiyyatında “kiçik janrın böyük ustaları” anlayışı var. Ülviyyə Tahir də bu “kiçik” janrın uğurlu nümayəndələri sırasındadır. Bu uğurun əsas səbəbi odur ki, onun hekayələri nə coğrafi-milli amillərlə, nə də zamanla çərçivələnib. Onun obrazlarında insan bütün bəşəri yönləri ilə təsvir olunur. Yazıçının hadisə və insanları yüksək duyum bacarığı sayəsində onun mətnindəki obraz və situasiyalar oxucuya çox doğma təsir bağışlayır. Çünki biz o situasiyaların içində olduğumuz qədər, o obrazlar da bizim öz içimizdə və aramızdadır. Bəlkə, elə ona görədir ki, oxucular onu milli Çexovumuz adlandırırlar. Bu kitabda yer alan hekayələrdə yersiz ailə-məişət qayğıları, psixoloji intellektual böhran, meqapolis fonunda çağdaş insanın çarəsizlikləri kimi problemlərə toxunulub.
ISBN:
2000105544636
Жанр:
Roman
Издательство:
Parlaq İmzalar
Переплёт:
Yumşaq
Автор:
Ülviyyə Tahir
Количество страниц:
150
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары