Əvvəla, hər kəsi salamlayıram. Bu kitabı əlinə alıb oxuyana da, oxumayana da – hər kəsə minnətdarlığımı bildirirəm. Sizlərin fikir və sevginizdən ilhamlanıb ilk addımımı atmış oluram. Buna görə sizə “Çox sağ olun” deyirəm!
Çoxdandır arzusunda, bəlkə də, həsrətində olduğum bir amalımı gerçəkləşdirmək üzrəyəm. Həmişə hansısa yazarın “ön söz”lərini oxuyanda “qismət olacaqmı bir gün mən də öz kitabıma ön söz yazım?” deyə düşünürdüm. Necə deyərlər, o gün bu gün imiş... Düz otuz dörd ildən sonra bu gücü özümdə tapıb sizlərlə kitab vasitəsilə görüşə gəlirəm.
İlk öncə onu deyim ki, mən kitab nəşrini uşaq dünyaya gətirməyə bənzədirəm: əvvəlcə uşağın olmasını həsrətlə gözləyərsən – üç il, beş il. Sonra uşağın olacağı xəbərini alarsan. İndi də sancılarla, həyəcan və müdhiş ürək döyüntüləri ilə onun dünyaya gəlişini gözləyərsən. Və sonda nur kimi bir uşaq dünyaya gətirərsən. Bir yazar üçün ilk kitabın nəşri, məhz, bu prosesə bənzəyir. Mən indi ilk övladım olan “Payız ayrılığın ikinci adıdır” kitabımı dünyaya gətirirəm. Bu isə, bilidiyiniz kimi, heç də asan məsələ deyil.
Qələmimi hələ məktəb illərində ikən sınaqdan keçirmişəm. Yadımdadır ki, o vaxt bir şeir dəftərim var idi; uşaq və yeniyetmə təfəkkürü ilə yazılmış şeirlər. O dəftər
hələ dünənə qədər əlimin altında idi. Təbii ki, ilk görüşümüzdəcə o şeirləri sizinlə paylaşmaram... Amma nə bilmək olar, bəlkə gələcəkdə içindən ən yaxşılarını seçib sizə təqdim etdim.
İlk şeirimi isə (təxminən 2001–2002-ci illər idi) indiyə qədər yadımdadır ki, hansı vəziyyətdə yazmışdım: sınıq-salxaq rayon avtobusu, bütün oturacaqlar dolu, ailəmizlə Gəncədən Daşkəsənə gedirik. Qardaşım onda uşaq idi (məndən səkkiz yaş balacadır), başını dizlərimə qoyaraq yatmışdı. Yol boyu onun saçını oxşayaraq, sevərək “Qardaş” şeirimi beynimdə canlandırmışdım. Avtobusdan düşən kimi ilk işim şeiri kağıza köçürmək olmuşdu...
Bir daha bu kitabımı yazıb ərsəyə gətirə bildiyimə görə öncə Allahıma (O, mənə ilham verdi ki, mən qəlbimdə olanları vərəqlərə köçürə bilim), sonra valideynlərimə, bacıma, qardaşıma, məni ilhamlandıran, sevən hər kəsə, sizlərə təşəkkür edirəm. Bir yazar üçün ən önəmli amil oxucu rəyi imiş!.. Bu, həmin yazara əlavə motivasiya verir. Sizin təklif və istəkləriniz, irad və fikirləriniz də mənim üçün çox önəmlidir: onları “dördgözlə” gözləyirəm və bunun sayəsində ikinci kitabımın nəşrinə hazırlaşıram. Hər bir təklif və iradınızı email adresimə (ilkinebelfez89@gmail.com) ünvanlaya bilərsiniz. İkinci kitabımda onlar da nəşr olunacaqdır.
Allaha əmanət olun!
İkinci görüşümüzədək...
ISBN:
9789952388558
Жанр:
Poeziya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
İlkin Əbəlfəz
Количество страниц:
176
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары