Polis məmuru istintaqa cəlb olunduğu köhnə, açılmamış qətlin hadisə yerində qətlə yetirilirsə, bu, çətin ki, təsadüf ola bilər. Eyni şey bir neçə ay ərzində digər iki zabitin də başına gələndə, bu dəhşətli mənzərə aydındır ki, ürəkaçan deyil. Köhnə işlərin heç biri heç vaxt açılmayıb. Qətllər son dərəcə amansızdır və polisin heç bir məlumatı yoxdur. Üstəlik, onlar ən yaxşı müstəntiqləri üçün darıxırlar. Eyni zamanda, ağır yaralı bir adam koma vəziyyətindədir və Oslodakı xəstəxanada saxlanılır. Otağı polislər qoruyur və xəstənin kimliyi gizli saxlanılır.
Jo Nesbo "Polis" əsərində bir daha insan şərinin əhatə dairəsi haqqında şeytancasına ağıllı bir hekayə təqdim edir; təkcə qurbanların və polisin deyil, həm də oxucunun iştirak etdiyi siçan-pişik oyunu.
Kitabın hadisələri o qədər cəlbedicidir ki, sanki filmin içindəsiniz. Oxumaq çox maraqlı idi.
Ziya
Kitab yaxşı paketlənmiş və heç bir zərər görməmiş vəziyyətdə gəldi. Bu mağazadan çox razıyam.
Arif Murad
Müəllifin yazı dili və təsvirləri çox güclüdür. Hər detallı diqqətlə düşünülmüş və maraqlı idi.
Rasim Həsənov
Kitab boyunca müxtəlif ipucları və gərginlik məni çox cəlb etdi. Son səhifəyə qədər sirr həll olunmadı. Maraqlı əsərdir.
K. Rəhman
Əsərdəki hadisələr çox canlı və detallı təsvir edilib. Özümü hadisələrin içindəymiş kimi hiss etdim.
Türkay
Əfsanəvi yazıçının, əfsanəvi əsəri. 👍👍👍👍
Amil
Detektiv kitabını həqiqətən sevdim. Həyatımda oxuduğum ən sürprizli kitab oldu. Müəllifin təfəkkürü dərin və məntiqi idi.
Adil Salayev
Mükəmməl əsərdir 👍💙📖
İdris
Polis oxuduğum ən maraqlı və qeyri-adi romandır.
Rüstəm
Jo Nesbonun əsərləri olduqca maraqlıdır .
Maya
Göstərdiyiniz xidmətdən razı qaldım, təşəkkür edirəm.
Toğrul
Muellif : Jo Nesbo olursa o kitabi dusunmeden aliram. Menim sevimli yazarim.💙💙
Müşfiq
Oxumağa dəyər kitabdlardandır.
Nərminə
Sizin saytdan məhsul sifariş etmək olduqca rahatdır, çox sağ olun.
Səbuhi
Bu əsər, dedektiv janrın ən hündür zəngin nümunələrindən biridir. Müəllif oxucunu öz kitabına bağlamağı bacarıb.
Sürəyya
Jo Nesbonun digər kitabları kimi bu kitabı da çox maraqlıdır.
Məlahət
Oxumayan hər kəsə oxumağı tövsiyə edirəm. Superdir.
Samir
Kitab triller və detektiv janrında uğurlu əsərdir. Harry Hole-un detektiv bacarıqları və daxili konfliktlərdən bəhs edən bu roman oxucuya valehedici cinayət hekayəsini təqdim edir. Nesbo müəmmalı seriyalı qatil işini həll etməyə çalışan Hole-nun mürəkkəb xarakterini ustalıqla işləyərkən təəccüblü süjeti ilə məni özünə cəlb etdi.
Babək
Oxumaqdan böyük zövq aldım. Əla kitabdır
Südabə
Jo Nesbonun qələmini çox bəyənirəm. Orijinallığı ilə həmişə seçilir.
İradə
Həvəslə oxuduğum əsərlərdən biridir.
Dürdanə
Çox maraqlı detektiv romandır. Nesbo cəlbedici cinayət hekayəsini danışarkən, xarakter dərinliyi və mürəkkəb süjeti ilə məni təsirli səyahətə çıxardı. Polis məmuru Harri Houlun xarakteri və daxili mübarizələri bu romanı uğurlu edən elementlərdən biridir.
Yavər
Maraqlı əsərdir, yorulmadan oxudum
Sevgi
Çoxdandır ki, yolunu gözləyirəm. Hər gûn səhifənizi izləyirəmki, görüm kiyab çap olununsan sifarişimi edim. Ne olar, biraz tez çıxarında satışa.😌😌😌
Sima
İstintaq haqda oxumağı çox sevirem, dedektiv romanları meni özünə bağlayır, səbirsizliklə gözləyirəm
Ramal
Bir müddət öncə Jo Nesbonun dedektiv janrında yazdığı '' Bəbir'' əsərini oxuyub bitirdim. Müəllifin kitablarını çox bəyənirəm. '' Polis'' əsərinidə indi sifariş etdim ki, çap olunar-olunmaz ilk oxuyanlardan biridə mən olum.