1926-cı ildə «Vsemirnıy sledopıt» jurnalında dərc olunmuş «Professor Douelin başı» romanı dərhal oxucuların rəğbətini qazandı. Yazıçının bu ilk irihəcmli əsəri öz dövrü ilə çox gözəl səsləşirdi- çünki bu vaxt alimlər romanda göstərilən, hələlik əfsanə təsiri bağışlayan hadisəylə əlaqədar heyvanlar üzərində elmi təd-
qiqatlar aparırdılar. 1928-ci ildə Leninqradda təcrid olunmuş bədən üzvlərinin cana gətirilməsi təcrübələri keçirilirdi.
«Leninqrad tibb institutunda romanın qarşıya qoyduğu elmi problem professor və müəllimlərin iştirak etdikləri tələbə mühazirəsində müzakirəyə qoyulmuşdu» – deyə müəllif sonralar xatırlayırdı.
Hələ XIX əsrdə Braun Sekarın apardığı yarıunudulmuş diriltmə təcrübələrindən az adamın xəbəri vardı. Sovet həkimləri Bryuxonenko, Petrov və Çeçulin bu sahədə xeyli sonra işə başladılar.
Kitabın əhatə etdiyi elmi problem professor Neqovskini son dərəcə maraqlandırırdı. Bu həmin o Neqovski idi ki, uzun illərdən sonra dünya təbabətində ilk dəfə olaraq klinik ölüm keçirmiş ağır yaralını diriltmişdi...
ISBN:
9789952360660
Жанр:
Uşaq ədəbiyyatı
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Aleksandr Belyayev
Количество страниц:
200
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе