Axı qadın təbiətən başqa cür yaranıb. O sığınmağa, söykənməyə meyillidi, rahat bucaq, isti qucaq istəyir. Kişi isə genetik olaraq “qoruyan”dı, “yuva”dı. Qadın kişinin yanında özünü beşiyindəki kimi arxayın, qayğısız hiss etmirsə, onun qoynunda dərdlərini unutmursa, əksinə, əlavə dərd, yeni ağrı qazanırsa, hansı sevgidən söhbət gedə bilər?
* * *
Gözəllik isə “diktator”du! Gözəl qadının həyatını, taleyini xarici görünüşü diktə edir... Ya gözəlliyindən imtina edib, ondan üz döndərib ayrı yolla getməlisən, ya da ömrün boyu Allahın lütfü olan görkəmin  xidmətində durmalısan, ona qulluq eləməlisən. Bu isə xüsusi həyat tərzi, ayrı növ yaşayışdı. Qreysin həyatı kimi...
* * *
Jorj liman boyu qaça-qaça, vurnuxa-vurnuxa kapitanlara yalvarır. Çox güman ki, burada o, vazkeçilməz qadın sehrini işlətsəydi, gəmiçilər onun istəyini gözüyumulu yerinə yetirərdilər. Amma indi xəstə sevgilisinə görə ağlayan, yalvaran bu qadın onların gözündə, sadəcə, bir zavallı idi...
					ISBN:
									9789952361407
								Жанр:
									Современная проза/Muasir nəsr
								Издательство:
									Qanun Nəşriyyatı
								Переплёт:
									Мягкий
								Автор:
									Pərvin
								язык:
									Азербайджанский
								Метка:
									Ekspress
								Отзывы о товаре 1
Pərvin xanım bu romanı ilə muasir Azərbaycan nəsrində öz sözünü deyib. Hamiya məsləhət görərdimki oxusunlar. Çoooxxx çoooxx maraqlı yazıb xanım.
Похожие товары
 
		 
