XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi təbəddülatlarından keçmiş bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə «Qanlı Sənələr» adı ilə yazıb başa çatdırdığı kitab ilk dəfə onun «Tazə həyat» qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur.
XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır.
Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi sadəlövhcəsinə keçmişi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən nəşri xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir.
ISBN:
2001151554631
Жанр:
Klassika
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Məmməd Səid Ordubadi
Количество страниц:
192
язык:
Азербайджанский
Серия:
Azərbaycan Klassikləri
Метка:
Bestseller, Ekspress
Наличие товара:
есть в наличии
Отзывы о товаре 6
Çox maraqlı və qeyri-adi əsərdir.
Klassik yazıçılar, dilin zənginliyini və mətnin estetik qüsursuzluğunu təmin etmədə bacarığa sahibdir.
Məmməd Səid Ordubadi kimi dəyərli şəxsiyyətlərin kitablarını oxumaq vacibdir. Mənim ustolüstü kitabım olub artıq
Əsər Məmməd Səid Ordubadinin ədəbi irsində mühüm yer tutan qüdrətli bir romandır.Kitabda Bakıda öz həyatı ilə mübarizə aparan bir ziyalının dramından bəhs edilir. Sosial problemlərdən bəhs edərək oxucunu heyran etməyi bacarır.Romanda şairin ciddi müstəqil düşüncələri,hüquqi zülmə qarşı mübarizəsi və qurbanı olduğu insan hüquqları uğrunda mübarizəsi əks etdirən çoxlu əks-sədalar var.Zəngin və əsaslı əsərdir. mövzu üzərində düşünməyə nümunədir.
Məmməd Səid Ordubadi insan haqlarının müdafiəsi ilə tanınır. O, sovet rejiminin insan haqlarının pozulmasını tənqid edib, haqq səsini ucaltıb.
Məmməd Səid Ordubadi kimi dəyərli xadimlərin kitabları daha təkrar-təkrar çap edilməlidir ki, unudulmasın.
Похожие товары
Покупают вместе