Maarifpərvər ədib Süleyman Sani Axundovun məktəbə, elmə və təhsilə çağıran əsərlərinin əsas, nümunəvi qəhrəmanları müəllimlərlə maarifçilər, xeyirxah ziyalılarla nəcib tələbələr, məsum uşaqlarla müdrik qocalar olmuşdur. Süleyman Sani olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad müəllim idi. "Qaraca qız" kitabında özünün yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dərin hörmətini qazanmış, geniş psixoloji, pedaqoji biliyə malik ədibin "Qorxulu nağıllar"ı və "Uşaqlıq həyatımdan xatirələr"i toplanıb.
"Süleyman Sani öz kitablarını məktəblilərə hədiyyə verərdi. O bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı. Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. İftixarla deyirəm ki, məndə ədəbiyyata böyük məhəbbət oyadan ilk müəllimim Süleyman Sani Axundov olmuşdur",
- Süleyman Rüstəm, Xalq şairi
"Süleyman Sani Axundov, hər şeydən əvvəl, bir müəllim idi. Onun bədii yaradıcılığı da öz ilhamını bu
müəllimlikdən alırdı",
- akademik Məmməd Arif
ISBN:
9789952311624
Жанр:
Uşaq ədəbiyyatı
Издательство:
3 Alma
Переплёт:
Yumşaq
Автор:
Süleyman Sani Axundov
Количество страниц:
272
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 1
Bir vaxtlar Qaraca qız mənim ən sevimli hekayəm idi, hər zaman sevərək oxuyurdum. İndi də qızım üçün aldım bu kitabı. Kitabı sevə-sevə oxuyur və hər dəfə yeni şeylər öyrənir. Çox razı qaldıq. Sizə də təşəkkür edirəm, Əli və Nino komandası.
Похожие товары
Покупают вместе