Esseləri oxumadan öncə bəzi xüsusları bilməli olduğunuzu düşünməkdəyik. Öncəliklə onu deyək ki, Rafiq Tağı Azərbaycan ictimaiyyətinə özünün məqalələri, publisistik yazıları və ya müasir dillə desək, esseləri ilə tanınıb. Bu yazılar onun ədəbiyyat çevrəsindən çıxaraq daha geniş oxucu kütləsinə təsir göstərməsinə səbəb olub. Demək olar ki, hər bir məqaləsi cəmiyyətdə böyük rezonansa səbəb olub. Hər bir yazısı geniş müzakirələrə səbəb olan ikinci belə bir yazarımız yoxdur. Xüsusən klassikləri sərf-nəzər edən yazıları ictimai fikirdə təbəddülatlar doğurur, müxtəlif səviyyələrdən olan qələm adamları ona cavab verməyi özünə borc bilirdi. Buna görə də oxumağa başladığınız bu kitablarda o yazının yazılma səbəbini, o günün şərtlərini və doğurduğu reaksiyaları nəzərə almağınız vacibdir. Məsələn, 2001-ci ildə yazılan və Səməd Vurğuna həsr olunan “Qafqazın qartalı Şaumyan belə” yazısından sonra Rafiq Tağı vurğunsevərlərin böyük təpkisiylə üzləşmişdi, çoxlu yazılar yazılır, zəng edib hədə-qorxu gələnlər, hətta ölümlə hədələyənlər olurdu. Bu hədə-qorxular qarşısında yazar bir müddət başqa ünvanlarda gecələməli olmuşdu. Rafiq, “həqiqəti söyləmək lazımdır, o, həyat üçün təhlükəli olsa belə” prinsipi ilə yazırdı və bu prinsipiallığı da onun həbsdə yatmasına, daha sonra isə faciəli şəkildə ölümünə səbəb oldu. Rafiq Tağı öz fədakarlığı ilə Azərbaycan ədəbiyyatı tarixində təkrarsız bir nümunə yaratdı, yazıçı sözünün necə yüksəklərdə dayandığını öz şəxsi nümunəsində sübuta yetirdi.
ISBN:
9789952380170
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Rafiq Tağı
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары