Azərbaycan satirik şerinin ən sevilən simalarından biri olan Baba Pünhan (1948‒2004) öz yaradıcılığı ilə Q.B.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir və “Molla Nəsrəddin” ədəbi məktəbinin layiqli davamçısı idi. Yaradıcılığı həm xalq, həm də oxucular tərəfindən rəğbətlə qarşılanan Baba Pünhanın şeirləri dillər əzbəri olmaqla yanaşı, bütün dövrlərin insanlarına xas çirkinliklərinə, eybəcərliklərinə, haqsızlıqlarına ayna tuturdu. Şeirlərini əruz və heca vəznlərində yazan şair xalqın səsi kimi çıxış edirdi. Baba Pünhanın bu kitabında toplanmış şeirlər sizə onun zəngin yaradıcılığı ilə yaxından tanış olmağınız üçün gözəl imkan yaradacaq. Şeirlər şairin ailə üzvləri tərəfindən toplanaraq təqdim edilib.
“Qanun” nəşriyyatının “Azərbaycan poeziyası seçmə şeirlər” adlı yeni layihəsində Baba Pünhanın şeirlərini təqdim edirik. Kitabın maraqla qarşılanacağına inanırıq.
Код товара:9789952387445
Жанр:
Poeziya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Твердый
Автор:
Baba Pünhan
Количество страниц:
344
язык:
Азербайджанский
Серия:
Azərbaycan poeziyası
Метка:
Ekspress
комментарии10
Özün götür xidməti ilə zakaz vetmişdim. İyirmi yanvar metro stansiyasından götürdüm, kitabı. Sağ olun. Məni çətinə salmadınız tez götürə bildim.
Baba Pünhan muasir Azarbaycan poeziyasında özünəməxsus yeri olan şairlərdəndir. Şeirlərini bəyənərək oxudum.
Kitabı Xaçmaz rayonuna sifariş vermişdim. Var olsun alinino komandası! Cəmi üç günə gəldi kitabım.
Baba Pünhan yazdığı satirik şeirləri ilə bir çoxlarının deyə bilmədiyi mətləblərə toxunub. Əminəmki hər oxucunun ürəyincə olacaq bu kitab. Mən bəyəndim
Baba Pünhan öz şeirləri ilə xalqın ürəyinə yol tapmağı baçarıb. Əhval ruhiyyəm qalxdı şeirləri oxuduqca.
Poeziyamızın banisi Baba Pünhan. Şeirləri elə dərin mənalı yazıbki, günlərlə düşündürür adamı.
O, şeirlərində dərin duyğulardan, məhəbbətdən, təbiətdən, insanın daxili aləmindən ustalıqla bəhs edir. Pünhanın əsərləri zəngin dildən istifadə və dərin düşüncələri ilə oxuculara estetik təcrübə təqdim edir, Azərbaycan ədəbiyyatına mühüm töhfə verir.
Baba Pünhanın şeirləri könlümü oxşadı. Hər gün işdən sonra dincəlmək istəyəndə bir neçə şeirini oxuyuram ve bu mənə çox xoş təsir edir.
Azərbaycan poeziyasının dahi insanıdır Baba Pünhan. Neçə gün gözləmək lazım olsa gözləyəcəm. Təki bu kitab çap olunsun alıb oxuyaq.
Allah qəni-qəni rəhmət eləsin. Baba Pünha. Kitabınının yolu gözləyəcəm.
комментарии10