“Sehrbaz”da sadəcə alman ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən mühüm yazarlarından Tomas Mannın və özü qədər məşhur ailəsinin həyatından bəhs edilir.
Toibin yazarın həyatı ilə yanaşı, ədəbiyyata baxışını, siyasi mövqeyini, Almaniyada nasional sosializmin yüksəlişi ilə birlikdə ölkəsindən ayrı düşməsini, qaçqınlıq illərindəki hiss aləmini, bəzi fikirlərindən əl çəkməsini axıcı bir dillə, həqiqətdən yayınmadan ustalıqla təqdim edir.
Tomas Mann XX əsr tarixinin çarxlarında müharibələri, inqilabları, faşizmi, soyqırımları, qaçqınlığı yaşamağa məcbur olan, dünyanın gözlərini dikdiyi, sözlərini dinlədiyi ictimai fikir liderinə çevrilən bir ədib kimi ortaya çıxır. Uşaqlığından ölümünə qədərki bütün həyatı, xüsusi maraq duyduğu şeylər, evliliyi, qeyri-adi ailəsi, birinə yaxından, digərinə uzaqdan şahid olduğu iki dünya müharibəsinin onda yaratdığı ziddiyyətlər oxucunun önünə geniş şəkildə sərilir.
“Sehrbaz” Mannın həyatı ilə yanaşı, XX əsrin də geniş bir panoramıdır.
ISBN:
9789958643972
Жанр:
Müasir xarici ədəbiyyat
Издательство:
Alatoran Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Colm Toibin
Количество страниц:
436
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары