Floranın valideynləri ayrılıb və o, həftənin beş gününü anası, ögey atası və ögey qardaşı ilə, iki gününü isə atası ilə keçirir. Ancaq anasıgil Sidneyə getməyə qərar verəndə onun həyatının bu düzəni pozulur və o, seçim etmək məcburiyyətində qalır. O ya anası, ögey atası və ögey qardaşı ilə Avstraliyada zəngin həyatı seçməli, ya da həyatda heç vaxt bəxti gətirməyən, lakin qızını hədsiz sevən atasının yanında qalıb onunla birgə çətinliklərin öhdəsindən gəlməlidir. Bəs bu seçimi məktəb həyatına, ən yaxşı hesab etdiyi rəfiqəsi ilə münasibətinə necə təsir edəcək? Bir vaxtlar xeyli firavan həyat sürən qızcığaz nələrlə barışmalı olacaq?
Bu kitab mövzu əhatəliliyi baxımından nəinki məktəblilərin, həmçinin valideynlərin ciddi və tale yüklü qərarlar almazdan öncə oxumalı olduğu kitabdır. Kiçik qızcığazın timsalında oxucu boşanmış valideynlərin övladı olmağın, bu yükü daşımağın emosional baxımdan nə qədər ağır olduğunu dərk edir.
ISBN:
9789952367270
Жанр:
Uşaq ədəbiyyatı
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Jaklin Vilson
Количество страниц:
296
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 10
kitabı çoox bəyəndim. Floşun atasını tərk etməməsi,ona hər zaman dəstək olmasını çox sevdim. Hər kəsə bu kitabı tövsiyə edirəm 💗
Uşaqlarım üçün aldığım kitablar çox faydalıdır. Hekayələr həm maraqlı, həm də öyrədicidir.
Uşaqların kitab oxuması, onların özündən daha yaxşı dünya ilə bağlantı qurmağa və onların həyatına mənalı və dərindən baxmağa səbəb olur. 👍👍👍👍
Çox, çox təsirli bir əsərdir. Bu kitabı həm yeniyetmələrə, həm də daha çox valideyinlərə oxumağı tövsiyə edirəm. Əsəri oxuduqca valideyinin verdiyi hər bir qərarın övladına necə təsir etdiyini, onu necə çıxılmaz vəziyyətə saldığını gördümm. Ona görə hər kəsə şiddətlə tövsiyə edirəm.
Necə də maraqlı və təsirli əsər imiş. Bu kitabı oxumaq övladımın obyektiv düşünmə və qərar vermə bacarığını artırdı.
Kitab oxumaq həmişə məni sevindirir. Ən sevimli kitabımın səhifələri arasında xoşbəxtlik hissini yaşayıram.
Doğrudan da Bestseller olmağa dəyəcək kitabdır. 👍👍👍
Maraqlı və çox təsirli kitabdır. Oxuyanda gah ağladım, gah da güldüm. Bu kitab mənim xoşuma gəldi
əla
mənim qizimin ən seçimli müəllifi oldu Jaklin Vilson. Biz onun "Cizgili anam" əsərini də birgə oxumuşuq. Yaxşı ki təzə romanı da çap olundu.
Похожие товары
Покупают вместе