Qatil tutulub. Amma qətllər hələ bitməyib. Hər qətlin arxasında bir səbəb, hər səbəbin arxasında başqa bir günah var. Bəs zəncirin ilk halqası haradadır? Teymur istintaq otağındadır və hər addımı nəzarət altındadır. Buna baxmayaraq onun danışdıqları yeni qurbanların izinə aparır. Hər etiraf yeni bir sirr açır, hər cavab isə daha təhlükəli bir sual doğurur. İstintaq dərinləşdikcə keçmişlə gələcəyin sərhədi itir. Çünki bəzi qurbanlar hələ ölməyib. Müstəntiq Elçin və psixoloq Nigar Teymurun zehninə daxil olduqca istintaq adi qətl araşdırmasından çıxaraq təhlükəli psixoloji oyuna çevrilir. Teymur isə yalnız keçmişdə törətdiyi cinayətləri danışmır — qarşısındakı insanların qorxularını, zəifliklərini və gizlətdiklərini də bir-bir üzə çıxarır. Tezliklə Elçin və Nigar anlayırlar ki, əsas məsələ qatili tapmaq deyil. Qatil artıq onların qarşısında oturub. Əsas məsələ onun qurduğu oyunun harada bitdiyini anlamaqdır. Bəs Teymur həqiqətən tutulub, yoxsa istintaq özü onun planının bir hissəsidir?
ISBN:
9789952612486
Жанр:
Detektiv
Издательство:
Çardaq Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Azər Səlimli
Количество страниц:
248
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары