Əgər özünüzə dost və ya həyat yoldaşı axtarırsınızsa, bu prosesi magiyanın köməyilə sürətləndirməkdən gözəl vasitə ola bilməz. Bu kitabda həyatınıza sevgi cəlb etməyin 90-dan artıq qədim və müasir magiya reseptləri toplanıb.
Bu kitab yarını, can parçasını, sevgilisini axtarıb tapmaq və həyatının ən dəyərli varlığını – sevgini qoruyub-saxlamaq istəyənlər üçün nəzərdə tutulub.
Müəllif Edayn Makkoy oxucuları sevgi ovsunlarına aid folklorla tanış edir, magiyanın təsirindən, sərhədlərindən bəhs edir. Bütün bunlar isə hər kəsin həyatına tükənməz sevgi bəxş etmək üçündür.
Bu kitab zülmətdən işıq saçan sevgi haqqındadır.