Sovet İttifaqı Qəhrəmanı, məşhur snayper Lyudmila Pavliçenkonun (1916–1974) “Snayper” xatirələr kitabı alman nasizminə qarşı müharibədən, Odessa və Sevastopol şəhərlərinin 1941–1942-ci illərdə müdafiəsindən, cəbhədə döyüşlərdən, Sovet gənclərinin nümayəndə heyətinin 1942-ci ilin payızında Ümumdünya tələbə assambleyasının işində iştirak etmək üçün ABŞ-a səfərindən, prezident Ruzvelt və onun xanımı ilə görüşlərdən və s. bəhs edir.
Lyudmila Pavliçenko qadınlar arasında ən çox düşmən məhv etmiş snayperdir. Onun şəxsi hesabında məhv edilmiş 309 nasist əsgəri və zabiti var...