“SoNoR”… Beş səsin şaqraq və işıqlı vəhdətində neçə-neçə xatirələr silsiləsi həkk edilib: onlardan hər biri incə, çoxmənalı və əlvan zəncirdə sıralanaraq, səsin gözəlliyini təcəssüm etdirir. Daha dəqiq desək – Səslər aləmini... Ahəngləri... Əks-sədaları... Səsin zinət və çalarlar Dünyasını...
“SoNoR”... Bu – Sükutun əzəmətilə təsir qüvvəsinin, səs hamarlığının, heyrətamiz incə, yumşaq relyeflərin seyridir...