Moskvanın qarlı, şaxtalı dekabrında möcüzə baş verirdi.Bir qadın qış yuxusundan oyanırdı. Qadının ümidsizliyi, tənhalığı həyatına girən insanla yenidən çiçəklənir, günəşə boylanırdı. Sevgi, xəyanət, xəyal qırıqlığı... Romantik,bir az fəlsəfi süjet xətti insanın ruhunun derinliklerine sirayət edir və olmaz deyilən bəzi şeylərin ola biləcəyini göstərir. Bu kitaba böyüklər üçün nağıl da demək olar.Bəzən nağıllar böyüklərə uşaqlardan daha vacibdir.Bir fırtına qopar bəzən,silib süpürər önünə gələn hər şeyi,qorxudar səni qəfil gəlişi,gücü.Lakin sonra anlarsan ki, yaşadığın boz, qatı dumandan çıxmaq üçün fırtına lazım imiş. --Aha,platonik sevgi,_Viktor,gozlərinin içi gülərək, dedi.--Sənin kimi ciddi bir qızdan bunu gözləməzdim. _Niyə də olmasın, platonik sevgidə məhdudiyyət olmur, istədiyin hər şeyi xəyal edə bilirsən.
Bu kitab sevməyə, sevilməyə umidini itirmiş qadınlar üçün bir tapıntıdır, deyə bilərəm. Oxucu kitabın sonluğunu səbirsizliklə gözləyəcək.