“Stoik” – görkəmli Amerika yazıçısı Theodore Dreiser-in (1871-1945) “Arzular trilogiyası”nın üçüncü kitabıdır. Romanın baş qəhrəmanı Frenk Kaupervudun üç ehtirası var: pul, qadınlar və sənət əsərləri. Drayzer bu biznesmenin həyatını Çarlz Yerks adlı real bir insanın tərcümeyi-halından götürüb. Yazıçı uğurlu iş adamı Frenk Kaupervudun həyatını üç hissəyə bölərək, hərəsi haqqında bir kitab yazıb. Onun ilk addımları və biznesdə uğur qazanmaq səyləri haqqında “Maliyyəçi” romanında bəhs edib. İkinci kitab olan “Titan”da qəhrəmanımız artıq nəyəsə nail olur və uğurlar qazanmağa başlayır. Bu romanda isə o, böyük var-dövlət toplamış insanların qarşılaşdığı çətinlikləri yaşayır, bu zaman öz mətinliyini sübut edərək, yaşadığı tənəzzüldən sonra daha böyük uğurlar qazanmaq üçün yeni imkanlardan istifadə edir. Ancaq amansız xəstəlik onun planlarına və arzularına son qoyur. Kaupervudun uzun illər ərzində topladığı böyük varidat ölümündən sonra qısa müddətdə duman kimi dağılıb gedir.
ISBN:
9789952367539
Жанр:
Klassika
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Teodor Drayzer
Количество страниц:
400
язык:
Азербайджанский
Серия:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 1
Burada sifariş vermək üçün uzun-uzadı formalar doldurmaq lazım olmadı. Çox sadə, bir neçə addımla kitab sifarişimi tamamdır.
Похожие товары
Покупают вместе