Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина
−5%

Sürətli Oxu

Издательство: Xan nəşriyyatı
Автор: Toni Buzan
Артикул: 9038443656981
Единица измерения: шт
7.60 AZN
8 AZN
Экономия 0.40 AZN
Специальная онлайн-цена
В наличии

Toni Buzan – “Zehin Xəritələri”ni kəşf edən, “Beyin Cəmiyyəti”nin rəhbəri, “Beyin Fondu və Klubu”nun qurucusu və “Zehni təhsil” ifadəsinin yaradıcısıdır.
T. Buzan 1942-ci ildə Londonda anadan olub. 1964-cü ildə Britaniya Kolumbiyası Universitetindən psixologiya, ingilis dili, riyaziyyat və ictimai elmlər üzrə təqdirnamə alaraq məzun olub. 1966-cı ildə “Gündəlik Teleqraf”da çalışan Buzan, eyni il “Yüksək zəkalılar cəmiyyəti” adı jurnal dərc etməyə başlayıb.
Dünya şöhrətli yazarın bu günə qədər 44 kitabı (2 şeir, 42 beyin, öyrənmək və zehin məşqləri haqqında) çap olunub. “Zehin xəritəsi”, “Parlaq zəka”, “Ağlını işlət”, “Yaddaşını işlət”, “Zehnini inkişaf etdir”, “Dahilər kitabı” və “Gələcək nəsil” adlı əsərləri 50 ölkədə çap olunub və 22 xarici dilə tərcümə edilib. Ən məşhur əsəri olan “Ağlını işlət” isə bir mildon çox satılıb.
Toni Buzan eyni zamanda istər milli, istərsə də beynəlxalq aləmdə bir çox peyk yayımı, radio, TV və video proqramlarda aktyor, aparıcı kimi çıxış edir və həmin proqramların prodüseri kimi tanınır.
T. Buzanın zehni xəritə texnikaları haqqında son iki videosu “1991 İVCA” Festivalında birinci yeri qazanmış, iş həyatında MindPower ilə səhvləri düzəltmək yollarını göstərən “If at first” filmidir.
Toni Buzan “BP”, “Barclay International”, “Digital Equipment Corporation” “Electronic Data Systems”, “Hewlett and Packard” və “IBM” kimi beynəlxalq təşkilatların, eyni zamanda dövlətlərin məsləhətçisi olaraq çalışmaqda və məşhur universitetlərdə, məktəblərdə mühazirələr verməkdədir. Gənc Liderlər Təşkilatının üzvləri (başqa adla Beynəlxalq Multimilyonerlər Təşkilatı) arasında “Cənab Beyin” adı ilə tanınan Toni Buzan, “Dünya Yaddaş Çempionatı”nın qurucusu və “Beyin Olimpiadaları”nın yaradıcılarından biridir. Gördüyü işlərin əksəriyyəti öyrənməkdə çətinlik çəkənlərə kömək etmək məqsədi daşıyır. Toni Buzan həm də dünyada ən çox “yaradıcı IQ”-ə sahib insandır.
Buzan, 1990-cı illərin əvvəllərində iki vacib işə başlamışdı: birincisi zehni təhsil, iş zəkası, bədii və mədəni zəkayla bağlı kurslar və seminarlar verən “Akademiya”; ikincisi XXI əsrin zehni problemlərinin həll edilməsində şirkətlərə, dərnəklərə və təhsil müəssisələrinə kömək etmək üçün dünyanın ən parlaq beyinlərinin bir yerə toplandığı “Zəka İnstitutu” idi.
Toni Buzan məşqçilərə, idmançılara, İngiltərə Olimpiya Avarçəkmə və İngiltərə Olimpiya Şahmat komandalarının məsləhətçisi işləyir. “Beynəlxalq Psixoloqlar Cəmiyyəti” ilə “Təhsil və İnkişaf İnstitutu”nun üzvüdür. Kembric və Bristol universitetlərinin “Gənc sahibkarlar cəmiyyətləri”nin rəhbəridir. “YPO Liderlik Mükafatı” və mümkünsüzü mümkün edənlərə verilən “Qartal ovçusu” mükafatı Toni Buzanın kariyerasındakı uğurlardan bəziləridir.

ISBN:
9038443656981
Жанр:
Elm
Издательство:
Xan nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Toni Buzan
Количество страниц:
308
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
7.99 AZN 9.99 AZN
Milyon dollarlıq vərdiş
шт
3.99 AZN 4.99 AZN
101 satış
шт
6.79 AZN 8.49 AZN
Rəqəmsal erada dost qazanmaq və insanlara təsir etməyin yolları
шт
11.12 AZN 13.90 AZN
Startap sənəti 2.0
шт
Покупают вместе
11.99 AZN 14.99 AZN
Sirr
шт
4.79 AZN 5.99 AZN
Yatağını düzəlt
шт
11.19 AZN 13.99 AZN
Sağlam cəmiyyət
шт