Winner of the Pulitzer Prize for Fiction 2014 Aged thirteen, Theo Decker, son of a devoted mother and a reckless, largely absent father, survives an accident that otherwise tears his life apart. Alone and rudderless in New York, he is taken in by the family of a wealthy friend. He is tormented by an unbearable longing for his mother, and down the years clings to the thing that most reminds him of her: a small, strangely captivating painting that ultimately draws him into the criminal underworld. As he grows up, Theo learns to glide between the drawing rooms of the rich and the dusty antiques store where he works. He is alienated and in love - and his talisman, the painting, places him at the centre of a narrowing, ever more dangerous circle. The Goldfinch is a haunted odyssey through present-day America and a drama of enthralling power. Combining unforgettably vivid characters and thrilling suspense, it is a beautiful, addictive triumph - a sweeping story of loss and obsession, of survival and self-invention, of the deepest mysteries of love, identity and fate.
ISBN:
9780349139630
Издательство:
Abacus
Переплёт:
Мягкий
Автор:
Donna Tartt
Количество страниц:
880
язык:
Английский
Метка:
Ekspress
Отзывы о товаре 1
Bir bilsəniz neçə dəfə yarımçıq qoymaq istəmişəm bu kitabı. Ancaq dünən son bölümünü oxuyandan sonra “nə yaxşı ki sona qədər getdim” – dedim özümə. Çünki bütün kitabın məğzini ortaya qoyurdu bu son bölüm. Ona görə də nə vaxtsa kitabın özünü oxumasanız belə, həmin sonuncu bölümü oxuyun. Həyat haqqında, onun mənası haqqında o qədər dəqiq, gözəl, düşündürücü suallar qoyub ki ortaya. Kitabı əslində bir aya bitirməli idim. Ancaq ağır gəldiyi üçün fasilələr çox verdim. İlk növbədə dili çətin idi həqiqətən. Cümlələr çox ağır idi. İkincisi, müəllif öz stili ilə klassik yazıçıları xatırladır. Yəni hər şeyi incə detallarına qədər təsvir edir. Məsələn, telefon zəng çalır. Qəhrəman o telefona gedib çıxana qədər keçirdiyi hisslər, düşüncələri, otağın təsviri ən xırda detallarına qədər verilib. XXI əsr yazıçıları belə kitablar yazmırlar. Müasir ədəbiyyatda (söhbət bədii ədəbiyyatdan gedir) ya sadəcə hadisələr baş verir, ya da birinci şəxsin dilindən müəyyən fikirlər irəli sürülür. Bəzən bu hal məni çox yorsa da, kitabdakı hadisələri daha yaxından yaşamağıma, qəhrəmanı daha dərindən anlamağıma kömək etdi. Bir də ki, təfərrüatlar film effekti verdi. Yəni hər şey o qədər xırdalıqla təsvir olunub ki, gözümün qabağından lent kimi keçirdi (bu arada kitab əsasında film çəkilib, payızda çıxacaq ekranlara). Üçüncü çətinlik isə depressiv kitab olmasında idi. Bu yanı ilə əsərin baş qəhrəmanı Teodor Dekker mənə Selincerin Holden Kolfildini xatırlatdı. Bu qədər yazandan sonra keçim süjetin əsas xəttinə. Deməli, kitabın adı holland rəssamı Karel Fabrisiusun məşhur “The Goldfinch” əsərinin adından götürülüb. Çünki məhz həmin rəsm əsəri baş qəhrəmanın həyatını dəyişir. Həm onun lənəti, həm də xilası olur. Teonun həyatı Nyu-Yorkda anası ilə birlikdə getdiyi Metropoliten muzeyindəki terror aktından sonra dəyişir. Anasını itirən 13 yaşlı bu oğlan onun ölümündə özünü günahlandırır. Partlayışdan sonra ayılan Teoya əsrarəngiz bir qoca üzük və Fabrisiusun rəsmini verərək onları muzeydən çıxarmağı tapşırır. Bundan sonra Teonun həyatı müxtəlif istiqamətlərə sürüklənir: əvvəlcə o, amerikalı messenat ailədə məskunlaşır, sonra Las Veqasa köçür, daha sonra yenidən Nyu-Yorka qayıdaraq antikvarçı Xobinin evinə sığınır. Teonun həyatında Amsterdam da ayrıca rol oynayır. Kitabın ən sevdiyim cəhəti hadisələrin gözlənilməz istiqamətlər almasıdır. Donna Tartın müxtəlif mükafatlara layiq görülən və tənqidçilər tərəfindən qiymətləndirilən bu romanı “Bildungsroman” tipinə, yəni tərbiyəvi romanlara aid edilir. Bu tip romanların əsas məzmununu baş qəhrəmanın şəxsiyyətinin psixoloji, mənəvi və sosial inkişafı və sonda çatdığı ideal vəziyyət təşkil edir. Teodor Dekker də özünü axtaran, bu həyata niyə gəldiyini, rolunun nə olduğunu anlamağa çalışan, özünü boşluqda hiss edən bütün XXI əsr gəncliyinin obrazını birləşdirir özündə. Əsərdə həmçinin gözəllik eşqindən, incəsənət əsərlərinə sevgidən, antik əşyaların daşıdığı tarixçə xüsusi yer tutur. Oxumağıma heç peşman olmadım.
Похожие товары