Məşhur telekanalın aparıcı müxbiri xarici neft şirkətinin ölkədəki nümayəndəsi olan köhnə dostundan müsahibə götürmək üçün onunla görüşür. Dostlar şəhərin mərkəzindəki restorana yollanırlar. Yolda iki cip onları izləyərək qarşılarını kəsir. Cipdəki adamlar hər ikisini tutur, başlarına torba keçirib naməlum istiqamətə aparırlar. Jurnalisti və neft şirkətinin nümayəndəsini girov götürən şəxslərin bir məqsədi var - qurbanların azadlığa buraxılması müqabilində milyonlarla pul almaq. Neft şirkətinin və telekanalın rəhbərliyi, eləcə də xüsusi xidmət orqanları təlaş içindədir. Girovların yaxınlarının göz yaşları qurumur. Çünki onların nə öldüsü məlumdur, nə də qaldısı. Onları kimlərin oğurladığı, hara apardığı da bəlli deyil. Artıq bütün ümidlər üzülüb. Çoxu düşünür ki, bəlkə də quldurlar onların hər ikisini artıq qətlə yetirib. Amma quldurlar tələsmirlər...
ISBN:
									2000196294632
								Жанр:
									Detektiv
								Издательство:
									Teas Press
								Переплёт:
									Yumşaq
								Автор:
									Vahid Məmmədli
								язык:
									Азербайджанский
								Метка:
									Ekspress
								Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе
 
		 
