Bu kitabda görkəmli uşaq yazıçısı Zahid Xəlilin nağıl və hekayələri toplanmışdır. “Üçbucaq ölkənin adamları” adlı fantastik hekayələr silsiləsi illər əvvəl qələmə alınsa da, texnoloji yenilikləri özünəməxsus üslubda və yazıçı uzaqgörənliyi ilə təsvir edir. Yazıçı üçbucaqdan bir dünya qurur: orada polis yoxdur, cinayət də yoxdur. Elə bir sistem var ki, insanlar istəsələr də, pislik edə bilməzlər. “Mənim ulduzum” adlı hissədə isə ilk dəfə bu kitabda işıq üzü görən müstəqil nağıl və hekayələr toplanmışdır. Zahid Xəlil uşaqların munis dünyasını çox gözəl təsvir edir, təbiətə və insanlara sevgidən bəhs edir, məsuliyyətsiz davranışların acı nəticələrini göstərir, xalqın oyun ənənələrini işləyir, bitkilərin faydalarını nağıl dili ilə oxucuya çatdırır. Onun qələmi danışılan əhvalatları görünməz əl kimi sanki səhnədə canlandırır. Yazıçı bu koloritli əsərləri ilə uşaqların dünyasına yol tapmağı bacarır.
ISBN:
9789952864502
Жанр:
Uşaq ədəbiyyatı
Издательство:
Libra Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Zahid Xəlil
Количество страниц:
116
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары