“Uğurun qanunu” – həyatda müvəffəqiyyət qazanmaq haqqında olduqca populyar kitablar müəllifi Napoleon Hillin əsas əsəridir. Müəllif bu kitabda Amerikanın çox vaxt sıfırdan başlamış, “taleyin zərbələri universitetləri”ndə təcrübə toplamış ən görkəmli biznesmenlərinin həyatını və qazandıqları nailiyyətləri təhlil edərək vurğulayır ki, “uğuru tutmaq olmaz”, ona “ümumdünya cazibə qanunu kimi dəyişməz olan qanunları mənimsəyərək və tətbiq edərək” çatırlar. “Həyat döyüşündə qalib gəlməyə kömək edən” qanunların öyrənilməsinə həsr olunan bu əsərdə oxucu uğurun bütöv fəlsəfəsini tapacaq. Bu fəlsəfənin əsasında “müvəffəqiyyətə gedən yolda əsas maneə olan şəxsi zəifliklərin öhdəsindən gəlmənin strategiyası” durur və müəllif öz-özünü tərbiyələndirmə ilə bağlı psixoloji sistemə uyğun ardıcıllıqla bir çox faydalı məsləhətlər verir. Hill “həyat dənizində məqsədsiz üzənlərin” “mürgüləyən imkanlarını” oyatmağa, öz talelərinin kapitanı olmağa çağırır, çünki “insanın nə istədiyini bilməsi müvəffəqiyyət qazanmaq uğrunda döyüşdə qələbənin tam yarısıdır”. Müəllif əyani misallar gətirir, öz başına gələn, son nəticədə ona “özünü kəşf etməyə”, qabiliyyətini tapmağa kömək edən hadisələrdən bəhs edir.
ISBN:
9789952367560
Жанр:
Psixologiya, özünüinkişaf
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Napoleon Hill
Количество страниц:
448
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 3
Psixologiya üzrə təhsil alıram. Və mənim üçün özünüinkişaf kitabları çox qiymətlidir. Daim oxuyub öyrənməyə çalışıram. Bu kitabı da çox bəyəndim. Uğur qazanmaq üçün lazımi məlumatlar qeyd edilib. Məsləhətli kitabdır.
Çox əladır. Xüsusən də sizə uğur qazanmağa kömek edəcək məsləhətlər aşılayır ve mene çox kömek etdi. Amma siz ruhunuzu dincəldəcək kitab axtarırsınızsa tövsiye etmirem. Bu kitab sizə ağıl öuredecek ve tövsiyeler verecek. Psixologiya janrı üçün idealdır
napaleon Hillin "Dusun ve Varlan" kitabini da oxumusam. İndi ise "Ugurun qanunu"nu oxudum. Her ikisi de cox xosuma geldi. Psixologiya janrinda oxumaga baslayanlara meslehet gorurem. Mutler qeyeneceksiniz.
Похожие товары
Покупают вместе