Düşünün.. Çox boğucu bir ailədə yaşayırsınız və birdən qarşınıza yaraşıqlı bir amerikalı kişi çıxır.
Heç şübhəsiz, siz də dərhal evlənirib həyəcan içində heç görmədiyiniz bir qitəyə üzürsünüz. Ancaq dünyanın o tayındakı bu şəhər olduqca kiçikdir, əriniz darıxdırıcı və mühafizəkardır; dindar qayınatanız həmişə sizinlə yaşayacaq, ölən qayınananız belə ruhu və əşyaları ilə həyatınızdan ayrılmır...
Və bütün bunların məngənəsində yaşayarkən biri peyda olub idarəçilərin dəstəklədiyi layihədən danışır: “Atlı kitabxanaçı” olmaq... Yəni dörd-beş qadın xurcunları kitablarla doldurub dağları gəzə-gəzə kitab paylayacaqlar. Siz olsaydınız, nə edərdiniz?
Kim deyir ki, yeganə məqsədi dərdlərindən qurtulmaq olan bu qadın həm azadlığı, həm dostluğu, həm də sevgini bu yolla tapacaq?!
Jojo Moyesin 1930-cu illərdə Amerikada gerçək həyat hekayəsinə əsaslanan "Ulduzlar bəxş edən" romanı ədalət və sədaqətin ehtiraslı rəqsidir.
ISBN:
9789952382068
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Jojo Moyes
Количество страниц:
528
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 21
Dilbər
14.11.2024 в 21:23
Bu əsər mənim üçün unudulmaz bir təcrübə oldu. Çox dərindən təsirləndim.
Nazlı
28.09.2024 в 23:39
Möhtəşəm bir əsərdir.
Kamilə
28.08.2024 в 22:47
Ali və Ninonun xidmətindən çox razıyam. Kitablar vaxtında və problemsiz gəldi. Təkrar alış edəcəyəm.
Tamerlan
20.07.2024 в 16:51
Müştəri xidməti çox yardımçı oldu. Alış-veriş prosesindən çox məmnun qaldım. Təşəkkür edirəm sizə.
Vəsilə
13.07.2024 в 22:46
Kitabı oxuyarkən sevgi və duyğuların dərinliyini hiss etdim. Hər kəsə məsləhət görürəm.
A. Esmira
15.06.2024 в 22:57
Kitab məni tamamilə özünə çəkdi. Sevgi və münasibətlər haqqında belə gözəl bir hekayəni çoxdan oxumamışdım.
Südabə Həsənova
01.06.2024 в 23:23
Sevgi romanı oxuyarkən, hər zaman özümü qəhrəmanların yerinə qoyuram. Onların yaşadığı hissləri yaşamaq çox maraqlıdır. Çox təsirli əsərdir.
Samirə Süleymanlı
28.05.2024 в 11:30
Kitabın hər səhifəsi məni heyran etdi. Sevgi və romantika dolu bir əsər idi.
Abbasova Amalya
16.05.2024 в 14:17
Bu kitab sevgi və ehtiras dolu bir hekayədir. Oxuduqca həyəcandan ürəyim sürətlə döyünürdü.
A. Səma
30.04.2024 в 21:41
Bu kitabı oxumaq mənim üçün bir maraqlı səyahət oldu. Müəllifin eşqin təsvirləri və romantik dönüşləri məni hər səhifədə daha da maraqlandırdı.
Səlma
24.04.2024 в 23:20
Göstərdiyiniz xidmətdən razı qaldım, hər bir əməkdaşınız çox sağ olsun. Kitabda mükəmməldir 😍😍😍😍😍.
Sevinc Hüseynova
20.04.2024 в 13:41
Bu kitabın yazı stili məni həqiqətən də özünə çəkdi. Hər bir səhifədə yazılanları oxumaq, adətən daha da çox kitabın daxilində olmağı göstərdi. Mükəmməl kitabdır.
Jalə Kərimli
19.04.2024 в 14:28
Moyesin yazı üslubunu çox bəyənirəm. O, insanın həyatda qarşılaşdığı müxtəlif məsələləri incə və ehtiraslı bir şəkildə təsvir edir. Kitabı oxuduqca oxumaq istəyirəm. 👍👍👍👍❤️❤️❤️
Gülşən
12.04.2024 в 18:45
Əsərin müxtəlif qəhrəmanları və onların həyat hekayəsi məni bir çərçivədən digərinə apardı, məni hər bir səhifədə daha da həyəcanlandırdı.
Hüsü
05.04.2024 в 14:05
Bu kitabı oxuyarkən həyatın dərin mənalərini və insanların çətinliklərlə üzləşməsini daha yaxından anlamaq imkanı tapdım.
Aydın
25.03.2024 в 10:31
Kitabın əsas personajları o qədər reallıqla yaradılmışdı ki, onlarla birlikdə hər anı yaşadım. Bu roman məni məgər həyatın içindən bir hissə kimi hiss etdirdi.
Amina
21.03.2024 в 09:27
Sevgi romanlarını oxumağı sevirəm, amma sonuncu oxuduğum kitab səbəbindən çox təəccüb etdim. Hər səhifədə yeni bir heyran edici əhvalat yaşadım. Tövsiyə edirəm!
Salmanlı Sevinc
03.03.2024 в 09:15
Çox maraqlı romandır. Oxuduqca çox təəccübləndim. Öz çətinlikləri ilə mübarizə aparan, öz həyatını yenidən qurmağa çalışan qadının gücü məni həmdə sevindirdi.
Salmanlı Sevinc
03.03.2024 в 09:15
Çox maraqlı romandır. Oxuduqca çox təəccübləndim. Öz çətinlikləri ilə mübarizə aparan, öz həyatını yenidən qurmağa çalışan qadının gücü məni həmdə sevindirdi.
Rəhimli Gültac
27.11.2023 в 21:50
Sevgi dolu bir roman.❤️❤️❤️❤️ Yaddaşımda silinməz izlər buraxdı bu kitab.
Zehra
11.02.2023 в 22:34
Oxuduqca cox teeccublenirdim.Tesirlenmemek elimde deyildi.Heyatin ozunden goturulmus bir eserde cetin maneəlerden kecmek,ozunu cansixici heyatdan qurtarmaga calisib amma yenede yeni daha cetin heyata atmaq kimi hadiseler cox sade formada qeleme alinib.Eserde mende derin izler buraxdi❤❤❤