Sovet İttifaqı qurulandan sonra, elə ilk illərdə Rusiyanın musiqi həyatı dəyişməyə başlayır.
Bəstəkarlar qarşısında yeni sosialist dövlətinə xidmət edən, fəhlə və kəndliləri böyük nailiyyətlərə sövq edən musiqi əsərləri yaratmaq məcburiyyəti qoyuldu. Bundan sonra bəstələnən əsərlərdə sadə melodiyalar, xalq musiqisindən elementlər, zavod, maşın və traktor səsi, xüsusilə Lenin və Stalin adları üstünlük təşkil edəcəkdi. Solo pianoçular və skripkaçılar Bethovenin, Motsartın və Çaykovskinin klassik əsərlərini ifa edirdilər, lakin müasirlərinin bəstələrinə gəldikdə diqqətli olmalı idilər.
Yanlış dostluqlar, qohumluq əlaqələri və ya almanca soyadlar onları təhlükə altında qoya bilərdi. Bəziləri öz sənətinə görə güllələndi, bəziləri həbs olundu və bəzən illərlə sürgündə qaldı. Amma orada da yaratmağa davam etdilər. Vsevolod Zaderatski həbs düşərgəsində tualet kağızı üzərində ən mühüm bəstələrini yazmışdı. Caz ifaçısı Vadim Kozin Uzaq Şərqdəki düşərgələrdə o qədər yaxşı vaxt keçirib ki, bir daha Moskvaya qayıtmayıb.
Bu kitabda Mişel Krilars pianoçu Svyatoslav Rixter, Maria Yudina, bəstəkarlar Sergey Prokofyev, Moisey Vaynberq və müğənni Klavdiya Şuljenkonun həyat hekayələri əsasında Sovet musiqi dünyasını canlandırmağa çalışıb. Onun təsvirlərini oxuyarkən sarsılmaya bilmirik, o dövrün reallığının biz təsəvvür etdiyimizdən daha absurd olduğunu görürük.
ISBN:
9789957697457
Жанр:
Bioqrafiya
Издательство:
Alatoran
Переплёт:
Yumşaq
Автор:
Mişel Krilas
язык:
Азербайджанский
Метка:
Ekspress
Вес, гр:
350
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары