Tələbə dostlar qızlı-oğlanlı Körpükəndə yay istirahətinə
gedirlər. Siyasi məqalələr yazan jurnalistin gözlənilməz
ölümü hər şeyi alt-üst edir. Təsadüfən hadisələrin ortasına
düşən gənclər vəziyyətdən baş çıxartmağa çalışırlar.
Lakin hadisələrin burulğanı bununla bitmir. Tələbə dostlar
arasındakı çarpaz münasibətlər oxucunu da psixoloji labirintə
salır. Üç günün içində baş verənlərin sirri roman
boyu açılır. Bütün gizlinlər faş olur. Nəyin həqiqət, nəyin
yalan, kimin dost, kimin yad olduğu bilinir.
Romanda müxtəlif nəsr texnikalarından istifadə olunub.
Bu da oxucunu əyləncəli, zövqlü bir oyuna qonaq
edir.
ISBN:
9789952385786
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Orxan Həsəni
Количество страниц:
272
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 9
Əsər çox maraqlıdır, yazıçının dil və üslubu çox gözəldir. Mənim üçün unudulmaz bir oxu təcrübəsi oldu.
Müasir müəlliflərin kitablarını oxumağı çox sevirəm. Onların üslubu və mövzuları həmişə aktual və maraqlıdır.
Roman bütün olaraq mükəmməldi
Gizəmli əsərdir. Oxuduqca düşünməyə vadar edirdi məni. Həyacanla oxuyurdum ki, sonuna tez çatım. Hadisələrin açarı kitabın son səhifələrində gizlənir.
Kitabi oxumaga basladim bir iki səhifəni oxuduqdan sora. Demək olarki bi labrintin icine dusdum. Basladim bu labrindi cozmeye. Beləcə eserin sonuna catdim. Sonlugda ki mohtesem yazilib.
Çox rahatlıqla sifariş etdim və indi də yeni kitabımı oxumağa başlayıram. 👍👍
Kitabda qəribə bir labrint var. Oxuduqca onu cözməyə çalışdım. Maraq dolu bir kitabdır. Oxusanız yanılmayacaqsınız.
Çox bəyəndim və həvəslə oxudum.Oxuduqca da öyrəndim ki, həqiqətən insan həyatında hər anın,hər günün öz hökmü var
Mükəmməl romandır.Oxuduqca oxumaq istəyirəm, özümü baş verən hadisələrin içində hiss edirəm.Əsərdə yalan,həqiqət,dost, düşmən hamısı çox maraqlı formada təsvir edilib.Oxuduqca hadisələrdən çox təsirləndim.
Похожие товары
Покупают вместе