Romanda yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq hissləri ilə cılızlıq, paxıllıq, sırf şəxsi mənafe güdən bədxahlıq kimi çirkin əməllər qarşı-qarşıya durur. Güzəştsiz ölüm-dirim çarpışması gedir. Bir sözlə, köhnəliklə təzəlik tərəfdarları “döyüşür”. Bu vuruşda iki vicdan, iki əqidə, iki psixologiya üz-üzə dayanır. Birinci qütbdə təmiz əxlaq, saf vicdan sahibləri; vətənə, xalqa, cəmiyyətə, ümumilikdə bəşəriyyətə təmənnasız xidmət edənlər: professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə böyük əzmlə, inadla elmi nailiyyətlərini sübuta yetirməyə cəhd göstərirlər. Yeni avtomobil yanacağı axtarışındadırlar. Təzə ixtira izinə düşüblər.
İkinci qütbdə isə vicdanlarını susdurmuş xudbinlər, elmə – yaradıcı aləmə dal qapıdan fırıldaqla, qeyri-məqbul üsullarla gəlmiş kütbeyinlər: Bəşir Bədirbəyli, Ziya Lələyev, istedadsız aspirant İsmət çarpışırlar. İşləri-peşələri müxtəlif çirkin yollar, üsullarla Söhrab Günəşliyə və onun aspirantına mane olmaq, apardıqları elmi təcrübələrə əngəllər törətmək, pərsəng olmaqdır. “Vicdan susanda” romanında sevgi-məhəbbət xətti çox canlı, maraqlı, yaddaqalan detallar, boyalarla tərənnüm olunur; əsərin əvvəlindən son səhifələrinədək davam edir, hadisələri oxucuya gərgin maraqla izlətdirir.
Bu roman yuxarıda göstərilən bədii keyfiyyətlərinə görə həm öz respublikamız daxilində, həm də xarici ölkələrdə müəllifinə böyük məhəbbət qazandırıb.
ISBN:
9789952577662
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Vidadi Babanlı
Количество страниц:
672
язык:
Азербайджанский
Метка:
Ekspress
Вес, гр:
500
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары