Hər valideyn özünə mütləq ki, bu sualları verir:
Valideyn olaraq biz kimik?
Ana-ata olaraq nələri bilməliyik?
Dünyaya gətirdiyim körpə nəyə qadirdir?
Utancaqlıq duyğusu necə yaranır və insan xarakterinin formalaşmasında onun rolu nədən ibarətdir?
Övladın özgüvəni söhbət içində necə formalaşır?
Ailə toplantılarının faydası nədir və o hansı dəyərləri aşılayır?
Övlad niyə özünə qapanıq, yalançı, oğru, tənbəl böyüyür?
Övladın eqosu necə formalaşır?
"Xoşbəxt övlad böyütməyin fəlsəfəsi" kitabı bu suallar ətrafında geniş və maraqlı söhbət açaraq valideynləri düşündürən və narahat edən önəmli məsələlərə aydınlıq gətirir.