Gənc elzaslı Matilda Fransa ordusunda döyüşən mərakeşli Amin
Belaja aşiq olur. Qurtuluşdan sonra cütlük Mərakeşin qarnizon
və köçkünlər şəhəri olan Meknesə köçür. Amin daş, qaya və quraq
torpaqlardan ibarət ərazini əkinə yararlı hala gətirmək istəyir. Lakin
Matilda Mərakeşin sərt iqlimindən və kasıblıqdan əziyyət çəkir. İki
övladı ilə uzaq fermaya düşən qadın bir əcnəbi kimi yerli insanlarda
inamsızlıq da yaradır.
Cütlüyün zəhməti bəhrə verəcəkmi?
Romanın əhatə etdiyi on il həm də 1956-cı ildə keçmiş protektoratın
müstəqilliyinə səbəb olacaq gərginliyin və zorakılığın qaçılmaz
yüksəliş dövrüdür.
Bu əsərdəki bütün personajlar “başqasının ölkəsi”ndə yaşayır.
Müəllif bu keşməkeşli dövrü, bu dövrün insanlarını çox incə və
həssas bir dəqiqliklə təsvir edir.
ISBN:
9789952384697
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Leyla Slimani
Количество страниц:
288
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 10
Hər səhifəsində sanki bir film izləyirdim. Süjet xətti çox maraqlı və təsirli idi.
"Yadlar Ölkəsi" ində baş qəhrəmanın yad bir ölkədə yaşadığı çətinliklər, ona qarşı olan münasibətlər belə onu öz yolundan döndərmir. Çünki, o sevisinin dalıca getmişdi.❤️
Kitabin kalitəsi üz qabığina baxanda hiss olunur. Sağ olsun Qanun nəşriyatı keyfiyyətli kitablar çap edirlər.
Sizin göstərdiyiniz xidmətdən hər zaman razı qalmışam, bu dəfə də razı qaldım.
Ailə üzvlərimin hər birinə hədiyyə olaraq kitab aldım. Hər biri çox məmnun qaldı.
Bacım oxuyirdu bi kitabı çox təriflədi. Mararaqli olduğunu dedi. Məndə aldım oxudum. Doğrudanda dəyərmiş.
Qadının cəsarəti və gücü məni heyrətə gətirdi. Oxumağa dəyər .
Oxuduqca çox təsirləndim.
Bədi əsərləri sevən hər kəs bəyənər məncə. Keşməkeşli həyat hekayəsindən bəhs edir roman. Sevginin gücü, sevdiyi adama görə başqa ölkədə yaşamağı qəbul eden bir qadının cəsarəti məni çox təsirləndirdi.
Necəde təsirlidir.Oxumaqdan böyük zövq aldım.Yazıçı sevgini,zəhməti,birliyi ecazkar bir formada təsvir edib.Bu kitabı ikinci dəfə yenə oxuyacam👍👍👍👍👍👍👍👍
Похожие товары
Покупают вместе