Leonore Fleyşer ədəbiyyata jurnalistikadan gəlmişdir. Onun əsərləri həyatın mühüm xırdalıqlarının, insan psixologiyasının mürəkkəb detallarının sadə təsviri ilə yadda qalır.
Fleyşer ömrünün böyük hissəsini Nyu York ştatının Kolumbiya diyarında, “yuxulu” Stuyvesant şəhərciyində keçirib. Amerikanın bəzi yazıçıları, rejissorları, kinoprodüserləri və naşirləri hesab edirlər ki, bu diyarı məhz o “yuxu”dan oyadaraq ölkənin mədəni mərkəzlərindən birinə çevirib: “Kolumbiyanın piar meneceri” titulu olsaydı, bu ada, sözsüz, Leonore Fleyşer layiq görülərdi.
“Washington Post”, “New York magazine”, “Publishers Weekly” üçün yüzlərlə məqalədən savayı, Fleyşer onlarla bədii əsərin müəllifidir. Amma o daha çox Hollivud incilərinin romanlaşdırılması ilə məşhurlaşıb. Bu bestsellerlərin içərisində “Yağış Adam” (1989) aparıcı yer tutur.
“Yağış Adam” həm də dünya kino sənətinin nadir nümunəsidir. Film ilk gündən o dərəcədə məşhurlaşıb ki, cəmi iki həftəyə öz büdcəsindən ($25 milyon) təxminən iki dəfə artıq gəlir gətirib, səkkiz nominasiya üzrə “Oskar” mükafatına təqdim edilib, bunlardan dördünü qazanıb və “İlin ən yaxşı filmi” elan edilib.
ISBN:
9789952243628
Жанр:
Roman
Издательство:
Altun Kitab
Переплёт:
Yumşaq
Автор:
Leonora Fleyşer
Количество страниц:
288
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары