Yeni dövr gürcü ədəbiyyatının yeni tərzli yazıçılarından biri və əsərləri ən çox satılan kitablar arasında olan Aka Morçiladzenin “YETİM” romanının baş qəhrəmanı, əslində Muri qəsrinin məhbusu Heraklius olsa da, indi o, adi bir Tiflis sakinidir. Ata evinin damının çökməsi xəbərini alan qəhrəman bir neçə günlük doğulub boya-başa çatdığı qəsəbəyə yollanır.
Evin çardağında gözlənilmədən köhnə bir silah tapır – bu, uşaqlıq dövründə əmisinin istifadə etdiyi “YETİM” adlandırılan inci naxışlı gözəl bir tüfəngdir. Bir zamanlar öz sahibini çətin vəziyyətlərdən xilas edən silah, keçmiş günlərin şahidi kimi asılıb qalıb. Bu silahın zəngin tarixi və qəhrəmanı əhatə edən mühit Herakliusun artıq möcüzəvi şəkildə reallıqla birləşən inanılmaz xəyallarını oyadır.
Romanda gürcü həyatı, məişəti, tarixi, insanlararası münasibətlər çox incə və dərinə nüfuzedici şəkildə işlənərək təsirli təəssürat yaradır. “YETİM” bəşəri dəyərlərin milli incəliklərlə birləşdirilərək təqdim edildiyi ən gözəl əsərlərdən biridir. “YETİM” 2012-ci ildə Ən Yaxşı Gürcü Romanı nominasiyasında “Səba” mükafatına layiq görülmüşdür.