Əyyub Abbasovun "Zəngəzur" romanı iki hissədən ibarətdir. Romanda daşnak dəstələrinin Zəngəzurda törətdiyi qırğınlardan bəhs olunur. Bu, iki hissəli kitabın birinci hissəsidir.
Hadisələr son dərəcə geniş və ətraflı təsvir olunur. Baş verən qırğınların
təkcə bədii təsviri verilmir, həm də erməni şovinizminin “haradan
qaynaqlandığı” gah açıq, gah üstüörtülü dillə ifadə olunur. Yazıçı fakt
və dəlillərlə, eləcə də şahidi olduğu hadisələrin köməyi ilə ermənilərin
məkrli siyasətini ifşa edir.