10 may tarixində Azərbaycan Dilli Kitab Klubunun növbəti görüşü keçirildi. Bu dəfəki müzakirə mövzusu Harper Linin məşhur əsəri "Get gözətçi təyin et" romanı oldu. İştirakçılar əsərin mövzu xəttini, qəhrəmanların daxili dünyasını və sosial ədalət məsələlərini dərinliklə təhlil etdilər.
Görüş zamanı Scout Finch-in yetkinlik dövrü, irqçiliklə mübarizəsi və cəmiyyətin ədalət anlayışı haqqında maraqlı fikirlər irəli sürüldü. Klub üzvləri əsərin "Bülbülü öldürmək" romanının davamı kimi fərqli və eyni zamanda tamamlayıcı üslubda yazıldığını vurğuladılar.
Müzakirələrdən sonra iştirakçılar şəxsi təəssüratlarını bölüşərək, belə görüşlərin mütaliə mədəniyyətinin inkişafına böyük töhfə verdiyini bildirdilər.