11 may tarixində Uşaq Kitab Klubunun növbəti görüşü baş tutdu. Bu dəfə gənc oxucular Jane Austen-in məşhur əsəri "Qürur və qərəz" haqqında müzakirələr apardılar. Görüş xüsusi olaraq Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olundu və tədbirdə İngiltərənin Azərbaycandakı Səfiri Cənab Fergus Auld da şəxsən iştirak etdi.
Görüş zamanı gənc kitabsevərlər əsərin mövzusu, dövrün sosial münasibətləri və personajların maraqlı inkişafı haqqında fikirlərini bölüşdülər. Səfirin iştirak etməsi isə uşaqlar üçün unudulmaz bir təcrübə oldu. O, kitab haqqında öz təəssüratlarını paylaşaraq, gənc nəsillərin mütaliə sevgisinin inkişafının vacibliyini vurğuladı.
Tədbir səmimi və motivasiyaedici bir atmosferdə keçdi və gələcək kitab müzakirələri üçün gözləntiləri daha da artırdı.
Qeyd edək ki, bu il Ceyn Ostinin 250 illik yubileyidir və bununla əlaqədar "Əli və Nino" mağazalar şəbəkəsində silsilə tədbirlər keçirilir.