Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Azərbaycan şərabı Alinino.az-da!

Şərabın yaranma tarixi

Şərabın yaranma tarixi eramızın I əsrinə aid edilir ki, bu da imperator Probusun dövrünə təsadüf edir. Həmin vaxt kəndlilər müasir Fransanın ərazisinə üzüm gətirdilər və onu becərməyə başladılar. Üzüm sahələri olduqca genişləndi və isti iqlimlə əlaqədar daha çox məhsul verməyə başladı. Tezlikə üzüm bağları yalnız Ron çayının ətrafında deyil, eyni zamanda mərkəzi hissələrdə də yetişdirilməyə başlandı. V əsrdə bütün Fransa üzümçülüklə məşğul olurdu.

 

 

İçki sənayesi öz işinə XV – XVI əsrdə başladı. XVI əsrdən etibarən içkinin keyfiyyəti o qədər qalxdı ki, artıq gəmilərdə içkilərin daşınması sərf etmirdi. Çünki bu zaman ərzində içki öz keyfiyyətini və dadını qismən itirirdi. Nəticədə içki düzəldən şəxslər içkini yandıraraq ondan spirt əldə etdilər, bu məhlulu çəlləklərdə saxlamağa başladılar. Sonralar məlum oldu ki, çəlləklərdə uzun müddət saxlanılar içkilər özünün ən yük

sək keyfiyyətinə və dadına malik olur.

 

Şərabın vətəni haradır?

Şərab sözü fransız mənalıdır və məhz fransızlar xüsusi qoxuya və sərt dada malik olan içki yaratdılar, buna da şərab adı verdilər. Şərabı İngiltərə, Hollandiya, Şimali Avropa və daha sonralar Amerika və Rusiyada da satmağa başladılar. XIX əsrdən etibarən çatdırılmada çəlləklərin yerinə şüşə butulkalardan istifadə etməyə başladılar. Bu zaman içki özünə məxsus olan ən yüksək keyfiyyətə malik olurdu. Beləliklə tanınmış markalar meydada çıxır, butulkaların keyfiyyəti genişlənir, etiket, ağız hissələrin qapaqları da dəyişilməyə başlanırdı. Hətta qablaşdırmanın da estetikası meydana çıxır.

 

Şərabın hazırlanma qaydası

Şərabın hazırlanma prinsipi adi qaydadadır. Bu içkinin hazırlanması zamanı iki dəfə qaynadılır və palıddan hazırlanmış çəlləklərə yığılırdı. Lakin bu şərablara daha sonradan xüsusi nüansl

ar əlavə edildi və etiketlər meydana gəldi.

Şərab üçün nəzərdə tutulan üzümün tərkibi də dəyişik olmalıdır, yəni xüsusi sorta malik olan üzümdən ibarət olub bir – birindən 3 metr aralıda əkilməlidir. Məhsulu ildə bir dəfə yığırlar – oktyabrın birinci yarısında.

Şaranta vilayəti şərabçılığın ən yaxşı inkişaf etdiyi şəhərdir və bura özünün ən gözəl iqlimi ilə seçilir. İllik orta temperatur təxminən 13,5 dərəcə olur. Həmçinin günəşli günlərin sayı il ərzində içkinin hazırlanması üçün mühüm əhəmiyyət daşıyır. Brendinin də hazırlanması eyni ilə şətrabda olduğöu kimdir, yəni palıddan hazırlanmış çəllkələrdən istifadə olunur. 

Saxlanması isə yarım il sayılır, lakin istənilən ölkə ərazisində bu içkini düzəltmək mümkündür. Müasir zamanımızda hansı içkini şərab adlandırmaq olar sualları da olduqca geniş yayılmışdır. Bunlarla əlaqədar xüsusi firmalar fəaliyyət göstərir ki, həmin mütəxəssizlər əsl şərabı və onun qədimliyini tezliklə tanıya bilirlər.

 

Əsl şərablar iki regionda geniş şəkildə hazırlanır; bunlardan biri Şaranta bölgəsidir, hansı ki, Fransanın əsas hissəsinə çevrilmişdir. Onun daxilindəki şəhərlərə Cognac, Jarnac, Segonzac aid edilir. Bu növdə olan şərabın hazırlanması üçün həmin ölkəyə xas olan sertifikat verilməlidir, əks təqdirdə istehla olunan bütün şərablar brendi adlandırılır. Hətta keçmiş SSRİ – də də şərabçılıq əhəmiyyətli rol oyanyırdı. Orijinal şərablar Fransanın bir neçə hissəsində hazırlanır, yalnız buradan əldə edilmiş məhsullardan istifadə edilir. Həmçinin həmin şərablar ən azı 30 ay müddətinə palıddan düzldilmiş çəlləklərdə saxlanılır.

 

Likyorun tarixi

 

Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distilyasia olunmuş alkaqoldan hazırlanır və adətən şirin içki hesab edilir.

Likör sözü (liqoeur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər Likörlərin alkaqol dərəcəsi 15%-30% olmaqla, bəzən 55%-dək arta bilir.

İlk likör XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir.

 

 

Qədim tarix

Ərəb tarixçiləri və coğrafiyaçıları - Əbülfida, İbn Havqəl, Məsudi, Əl Müqəddəsi ərəblərin hökmranlığı dövründə Bərdə, Gəncə ətrafında və Azərbaycanın digər regionlarında üzümlüklərin mövcudluğu haqqında məlumatlar verirlər. X əsrin ərəb coğrafiyaşünası Əl Müqəddəsi Azərbaycanın var-dövlətini təsvir edərək yazır «...bu vilayət böyük və gözəldir, orada çoxlu meyvə və üzüm var». Yunan alimi Herodot (e.ə.V əsr), roma alimi Plinii (e.ə. 23-79-ju il), yunan joğrafiyaşünası Stroban (e.ə.I əsr-eramızın I əsri), roma tarixçisi Ammian Masellin (eramızın II-III əsri, 330-400-cü illər) Azərbaycanın həyatında üzümçülüyün xüsusi rol oynadığını qeyd etmişlər.

 

Sovetlər dövründə

Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi.

Keçmiş SSRİ-də «Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri» haqqında 1985-ci ildə qəbul olunmuş qərardan sonra Azərbaycan iqtisadiyyatında aparıcı sahə olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu, bar verən üzümlüklər sökülməyə başlandı, uzun illər böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, üzümlüklərdə yetişdirilən qiymətli yerli və introduksiya olunmuş üzüm sortları məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.

 

Şərab növləri

Azərbaycanda şərab zavodları 60 markadan çox şərab, o cümlədən 17 növ turş şərab istehsal olunurdu: Bayan, Alşərab, Sadıllı, Mədrəsə, Novruzlu, Şamxor, Qarakənd və s.

20 növ portveyn tipli tünd desert şərabı: Ağstafa, Alabaşlı, Ağdam, Qızıl şərbət, Qara yeri, Qara Çanaq, Mil, Göytəpə, Qarabağ, Şahbuz, Azərbaycan, Şamaxı, Kürdəmir) və konyaklar (Göy-göl-3,4,5 ulduzlu, Bakı, Yubileyni) istehsal edirdilər.

 

Xırdalan Şərab

2006-cı ildən fəaliyyətinə başlamış "Xırdalan Şərab" bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.

2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.

2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.

İstifadə olunan texnologiyalar:

Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.

İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.

Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.

“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.

Şərab konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.

 

Basarkeçər Şərab

Aqro-Azerinvest MMC “Qəbələ” Şərab Zavodunun istehsalı olan “GOLD BAKU” konyakı və “BASARKEÇƏR” qırmızı süfrə şərabı Moskvada keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal «PRODEXPO — 2014» 21-ci Beynəlxalq sərginin “2014-cü ilin ən yaxşı məhsulu” laureatı diplomu və qızıl medalını alıb.

“Aqro-Azerinvest” MMC-dən APA-ya verilən məlumata görə, beynəlxalq sərgi fevralın 10-14-də keçirilib.

Sərgidə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın “Qəbələ” Şərab Zavodunun məhsulları ən yüksək mükafata layiq görülüb.

"PRODEXPO -2014" 21-ci Beynəlxalq sərginin pavilyonlarında dünyanın 63 ölkəsindən 2300 şirkət məhsullarını nümayiş etdirib.

 

Gəncə Şərab-2

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Moldovada keçirilmiş beynəlxalq dequstasiya müsabiqəsində Azərbaycan şərab məhsullarının layiq görüldüyü mükafatların təqdimatına dair tədbir keçirilib. Belə ki, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı tərəfindən Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş “Black Sea Region Wines & Spirts Contest`2018” adlı müsabiqədə müxtəlif Avropa ölkələrində istehsal olunan 450 şərab nümunəsi dequstasiya olunub. Ölkəmizi müsabiqədə təmsil edən “Gəncə Şərab-2” şirkətinin “Rkasiteli” və “Bayan şirə” üzüm sortlarından hazırlanmış “Hillside Classico” ağ desert şərabı böyük qızıl medal mükafatını qazanıb. “Gəncə Şərab-2” şirkətinin məhsulu olan digər şərab növləri də müsabiqənin qızıl medallarına layiq görülüb. Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov sahibkarlığa göstərilən dövlət dəstəyi, ixracın stimullaşdırılması tədbirlərindən bəhs edib, şərab məhsullarının beynəlxalq tədbirlərdə, müsabiqələrdə iştirakının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan şərablarının ixrac həcminin və coğrafiyasının genişləndirilməsi məqsədilə işlər görüldüyünü, bu məqsədlə, Çində Azərbaycan Şərab Evinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

Azərbaycan şərabı hər zaman yüksək keyfiyyəti ilə seçilmişdir.

 

Şərab da digər xüsusi qoxuya sahib olan içkilər kimi özünəməxsus tarixə malikdir və içilən zaman müəyyən ritualların yerinə yetirilməsi maraqlıdır. Birinci növbədə həmin yerin hara olması vacib rol oynayır. Ən ideal yerlərdən biri isə sizin özünüzü tam rahat hiss edəcəyiniz yerlərdir, məsələn elə eviniz də ola bilər. Burada bakaldan istifadə xüsusi rol oynamır, xüsusi mütəxəssilər həmişə şərabı zambağabgənzər rumkalarda içməyi məsləhət görürlər. Yuxarı tərəfi çox ensiz olan qablar burada əhəmiyyətli rol oynayır. Amma şar formasında olan bakallardan da istifadə etmək olar. Şərab üçün yuxarısı geniş olan bakalların seçilməsi çox da düzgün sayılmır. Əlbəttə siz belə bakalda da içə bilərsiniz, yalnız bu zaman içkinin sizə verəcəyi gözəl qoxunu hiss etməyəcəksiniz.

Bir az şərabı təxminən 20 – 30 ml bakalınıza yaxud rumkanıza əlavə edin. İçkinin rənginə baxın. Məhz içkinin rəngi onun qədimliyindən sizə xəbər verəcəkdir. Açıq – küləş rəngində olan içki sizə şərabın çox cavan olmasından və az saxlanılmasından xəbər verir. Küləş sarısı və yaxud qızılı şərablar orta ölçülü saxlanılmanın göstərircidir. Yantar, alov qırmızısı rəngində olanlar çox vaxt saxlanılmış və köhnə şərab olduğunu xəbər verir. Həmçinin şərabın saxlanılmasından asılı olaraq onun qoxusunu da hiss etmək mümkündür. İlk olaraq şərabın keyfiyyətini hiss etmək istəyirsinizsə bu zaman burnunuzu rumkanın yaxud bakalın içilən hissəsinə yaxınlaşdırın və qoxlayın. Bu zaman sizin hiss etdiyiniz qoxu montant adlandırılır. İlk olaraq siz meyvələrin və güllərin ətrini hiss edə bilərsiniz, bənövşə, qızılgül, jasmın, əncir, ərik, meşə qozu, gavalı, albalı və bir çoxlarını hiss edəcəksiniz. Əla şərab həmişə öz qoxusunu durmadan dəyişir və incə qoxudan ən dərin və sərt qoxuya qədər irəliləyə bilir. Bir məsləhətimiz də budur ki, şərabı içərkən heç vaxt tələsməyin, onu qurtum – qurtum dadını, qoxusunu hiss edərək için, Çünki elə şərabın yaradılması da bununla əlaqədardır, çünki onun həyatı hardasa saxlanılmaqla keçmişdir. Siqaret, şokolad və kofe bəzən qoxusuna görə şəraba bənzədilir.

 

Azərbaycanda sərfəli qiymətlə yüksək keyfiyyətli içkiləri (çaxır, likör, konyak və s) Alinino.az saytından əldə etmək mümkündür. Azərbaycanın qədim ənənəyə sahib ən məşhur və ən keyfiyyətli şərablarını müştərilərə münasib qiymətlə təqdim edən Alinino.az saytı həmçinin, sürətli çatdırılması ilə də içkilərin təmin edilməsini rahatlaşdırır.  

     

 

Alinino.az Azərbaycanın bütün istiqamətinə (Naxçıvan MR, Bakı, Sumqayıt, Lənkaran, Qarabağ, Şəki, Gəncə, Şəmkir, Qazax və digər bütün bölgələr daxil), həmçinin dünyanın hər yerinə, bütün xarici ölkələrə də sürətli və operativ çatdırılma edir.

Alinino.az saytında şərabların Nar, Savalan,  "Savalan" Marselan-Syrah, "Savalan" Petit Verdot və digər növlərini, həmçinin yüksək keyfiyyətli Azərbaycan konyakınızoğal, limon, nar, gavalı, qarağat, feyxoa və s. Kimi likyor növlərini tapmaq mümkündür.

 

     

Sayt Azərbaycan şərabının, konyakının və likörünün həm Bakı daxilində, həm də Azərbaycanın bölgələrinə sürətli çatdırılmasını həyata keçirir.